ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

 

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİRÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİRÖlkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası Azərbaycan Respubli- kasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.

2017-ci il 27 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respubli- kasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. 

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da əks olunub. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri 2018-2019-cu illərdə barama istehsalçılarının assosiasiyasının yaradılması tapşırılmışdır.

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİRTədbirlər Planında baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstək- lənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişlən- dirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi də qeyd olunub. Həmçinin tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.

Hazırda Dövlət Başçısının tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə Nazirlik tərəfindən 1 milyon ədəd tut tinglərinin alınması üçün Çin Xalq Respublikasının «Shandong Guangtong Silkworm Eggs Co» LTD   şirkəti ilə tender müqaviləsi bağlanılmışdır.

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİRÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİRMüqavi- lənin şərtlərinə uyğun olaraq 2017-ci il 29 noyabr tarixində şirkət tərəfindən tədarük edilmiş 1 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respubli- kamıza gətirilmişdir.

Respub- likaya gətirilmiş tut tinglərindən ibarət yüklərin 2017-ci il 29 noyabr tarixində Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınmış və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 38 rayona paylanılacaqdır.

Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri  və digər maarifləndirici materiallar hazırlanmış və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət edilmişlər. 

Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanmış və fermer və sahibkarlara ödənişsiz əsaslarla veriləcəkdir.

Gətirilmiş tinglər fitosanitar baxışdan keçirilmiş və bu gündən artıq rayonlarda əkininə başlanılıb.