DEKABRIN 5-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 197 MİN 21 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək

 

Dekabrın 5-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 197 min 21 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Belə ki, keçən il dekabrın 5-dək 82 min 257 ton məhsul tədarük edilmişdi.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Sonrakı yerlərdə isə Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonları gəlir.

Pambıq tədarükünə dair dekabrın 5-dək olan operativ məlumatı təqdim edirik.