DEKABRIN 7-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 198 MİN 473 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək

 

Dekabrın 7-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 198 min 473 ton məhsul təhvil verilib. Bu isə, ötən ilin ümumi göstəricisindən 109 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 758 ton pambıq tədarük edilib.

Ən çox pambıq təhvil verən rayonlar bunlardır: Saatlı 25 min 436 ton, Biləsuvar 24 min 189 ton, Bərdə 21 min 389 ton, Ağcabədi 19 min 454 ton, Sabirabad 17 min 606 ton.

Pambıq tədarükünə dair dekabrın 7-nə olan operativ məlumatı təqdim edirik.