YANVARIN 4-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 206 MİN 903 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək

 

Yanvarın 4-dək ölkə üzrə qəbul məntəqələrinə 206 min 903 ton pambıq təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə 30 dekabr – 3 yanvar tarixlərində 181 ton pambıq tədarük olunub.

Xatırladaq ki, 2017-ci ildə 2016-cı illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib və indiyədək 2,4 dəfə çox məhsul təhvil verilib.

Pambıqçılığın inkişafına dair Dövlət Proqramında 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Respublikada pambıq tədarükünə dair yanvarın 4-nə olan operativ məlumatı təqdim edirik.