YANVARIN 5-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 206 MİN 955 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək |

 

Yanvarın 5-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 206 min 955 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 52 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar yanvarın 5-dək 25 min 748 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

Pambıq tədarükünə dair yanvarın 5-dək olan operativ məlumatı təqdim edirik.