YANVARIN 10-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 207 MİN 215 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək

 

Yanvarın 10-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 215 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 59 ton pambıq tədarük edilib.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.

Pambıq tədarükünə dair yanvarın 10-dək olan operativ məlumatı təqdim edirik.