AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN ALİMLƏRİ FERMERLƏRLƏ BİR ARAYA GƏLİB

Böyütmək | Kiçiltmək |

 

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN ALİMLƏRİ FERMERLƏRLƏ BİR ARAYA GƏLİB
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun sədrliyi ilə “Günəbaxan bitkisinin becərilmə texnologiyası” mövzusunda  respublikanın günəbaxan  əkilən rayonlarından olan fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının iştirakı ilə elmi-praktik seminar keçirilib.

Elmi-praktik seminarda Samux, Goranboy, Tərtər, Bərdə,  Ağdam, Şəmkir və Göygöl rayonlarından olan torpaq mülkiyyətçiləri, fermerlər və sahibkarlar iştirak ediblər. Seminarda ADAU-nun alimlərinin  müxtəlif mövzularda məruzələri dinlənilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov seminarda giriş nitqi söyləyib, mövzunun əhəmiyyəti, fermerlərlə alimlərin bir araya gəlməsinin müsbət nəticələri, dövlətin aqrar sahəyə göstərdiyi diqqət barədə danışıb və seminarın işinə uğurlar arzulayıb.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN ALİMLƏRİ FERMERLƏRLƏ BİR ARAYA GƏLİBSonra alimlərin məruzələri dinlənilib. Bitkiçilik və bitki  mühafizəsi kafedrasının dosent əvəzi Vüqar Bəşirov “Günəbaxan sahəsinin əkinə hazırlanması, toxumun seçilməsi və   səpinin  optimal müddətdə aparılması”, Bitkiçilik və bitki mühafizəsi kafedrasının professoru Hümbət Hümbətov “Günəbaxan əkinlərində aqrotexniki tədbirlərin həyata keçirilməsi”, Bitkiçilik və bitki  mühafizəsi kafedrasının  dosenti Nəzakət İsmayılzadə və   həmin kafedranın dosent əvəzi  Aytəkin Məmmədova “Günəbaxan bitkisinin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”, Menecment və aqrar marketinq kafedrasının assistenti Fərrux Rəhimov “Günəbaxan məhsulunun istehsalı və satışının təşkili” mövzusunda məruzə edib.

Seminarın sonunda ADAU-nun alimləri tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, fevral ayının 13-ə kimi təhsil müəssisəsində müxtəlif mövzularda fermerlərlə daha 3 elmi seminarın keçirilməsi nəzərdə tutulub.