NAZİR HEYDƏR ƏSƏDOV AĞSU RAYONUNDA SAKİNLƏRLƏ GÖRÜŞƏCƏK

Böyütmək | Kiçiltmək |

 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov  23 fevral 2018-ci il tarixində, saat 11:00-da Ağsu rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Ucar, Kürdəmir, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə görüşəcək.  

Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Ağsu  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-338-01-58) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.