Elanlar

  • Ana səhifə
  • Elanlar
  • AKİA tərəfindən banklar üçün yeni qiymətləndirmə sistemi hazırlanıb

AKİA tərəfindən banklar üçün yeni qiymətləndirmə sistemi hazırlanıb

Aqrar Kredit və İnkişaf Agentliyi banklara yeni kredit qiymətləndirmə sistemi təklif edəcək. Sistem Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqının (Aİ) dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistem aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.  

Sentyabrın 5-də Bakı Biznes Mərkəzində beynəlxalq təşkilatların, nazirliklərin, kredit təşkilatlarının və fermer nümayəndələrinin iştirakı ilə yeni sistem təqdim olunacaq.

Tədbirə qeydiyyat saat 13.30-da başlayır.

Əlaqələndirici şəxs: Afət Yaqubova +994 50 252 02 47

Sizi tədbiri işıqlandırmağa dəvət edirik.