Elanlar

  • Ana səhifə
  • Elanlar
  • BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Təqaüd Proqramında iştirak etməyə dəvət edir
  • A
  • A
  • A

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Təqaüd Proqramında iştirak etməyə dəvət edir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)

 

 

“Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi” regional layihəsi çərçivəsində magistr dərəcəsialmaq istəyən 2 nəfər dövlət qulluqçusu və ya tələbəni 2016-2017 tədris ilindən başlayaniki illik

 

Təqaüd Proqramında iştirak etməyə dəvət edir

 

Çəyirtkələr üzrə tədqiqatların aparılması mövzusunda Təqaüd Proqramında kənd təsərrüfatı, aqronomiya, bitki mühafizəsi, entomologiya və s. sahələr üzrə ali təhsil almış, eyni zamanda rus dilini mükəmməl bilən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşları iştirak edə bilərlər.


Namizədlərin uyğunluq səviyyəsini müəyyən etmək məqsədilə çəyirtkələr üzrə altı mütəxəssis və FAO-nun ekspertlərindən ibarət xüsusi komitə yaradılmışdır. Proqram aşağıdakı mövzuları əhatə edəcəkdir:

  • İqlim dəyişikliyinin çəyirtkələrin artım tempi və hərəkət dinamikasına təsiri
  • Çəyirtkələrin verə biləcəyi təhlükənin risk dərəcəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması üçün peyk və coğrafi informasiya sistemi
  • Çəyirtkələrin artım tempinə mane olan təbii amillər;
  • Çəyirtkələrə qarşı mübarizədə tətbiq olunan yeni preparatların təsir gücünün müəyyən olunması;
  • Çəyirtkələrə qarşı bioloji mübarizə;
  • Yeni mübarizə üsullarının qiymətləndirilməsi;
  • Çəyirtkələrin miqrasiyası;
  • Çəyirtkələrin inkişaf mərhələləri;
  • Çəyirtkələrin ziyanvericilik dərəcəsi və iqtisadiyyata təsiri.

 

Seçilmiş namizədlərin təhsil və yaşayış xərcləri tam olaraq Proqram tərəfindən ödəniləcəkdir. Proqram barədə daha ətraflı məlumat almaq və onlayn müraciət ərizələrini təqdim etmək üçün FAO-nun rəsmi saytına http://www.fao.org/ag/locusts-CCA/en/ )daxil ola bilərsiniz.

Ərizələr 2016-ci il 15 mart tarixinədək qəbul ediləcəkdir.

Qəbul nəticələri barədə məlumat 2016-ci ilin aprel ayında FAO-nun rəsmi saytında yerləşdiriləcək və iştirakçılara elektron poçt vasitəsilə bildiriləcəkdir.

Əlavə məlumat əldə etmək üçün aşağıda qeyd olunmuş əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

 

Əlaqələndirici şəxs: Əskinaz Quliyeva. (FAO-nun yerli ofisinin əməkdaşı)
Tel:  (012) 493-67-34  (051) 760-22-46       

E-mail: guliyeva.eskinaz@fao.org