Bitkiçilik

Pambıq

  • A
  • A
  • A

Pambıq - əməköməcikimilər fəsiləsinə aid çoxillik isti və işıq sevən texniki bitkidir. Vətəni Hindistandır. Hələ eramızdan 3 min il əvvəl burada pambıq əkilirdi. Pambığın Misirdə becərilməsi haqqında ilk məlumat e.ə. 1 əsrə aiddir. Zaqafqaziyada e.ə. VII-IV əsrdən becərilir.

Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30-35% lif alınır. Lifdən müxtəlif parçaların toxunmasında işlədilən iplik hazırlanır, həmçinin avtomobil təkəri, torlar və kəmərlər üçün kordlar və sair istehsalında istifadə edilir.

Pambığın çiyidindən alınan yağ yemək məhsullarında işlədilir, ondan marqarin, qliserin, sabun, stearin, sürtkü yağları hazırlanır, tullantısı sellüloz, spirt, lak, linoleum, karton, kino plyonkası, izolyasiya materialları istehsalında istifadə olunur.

Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı 5-6 əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, 15 əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir. 18 əsrdə Mil-Muğan və Şirvan düzlərində geniş pambıq sahələri olmuşdur. 19 əsrin əvvəllərində Quba və Bakı ayələtlərində də pambıqçılıq inkişaf etdirilirdi. Azərbaycanda 1913-cü ildə pambıq əkini sahəsi 100 min hektardan çox, pambıq istehsalı 65 min ton olmuşdur.


Pambığın seleksiya sortları.
İntensiv texnologiyada mahlıcı toxuculuq sənayesinin tələblərini ödəyən, maşınla yığıma uyğun yüksək məhsuldar pambıq sortları əkilir. Hazirda Azərbaycanda pambığın qeyd edilən tələblərə cavab verən AzNİXİ-195, Gəncə-8, Gəncə-2, Gəncə-78, Gəncə 80,  Gəncə-103, Gəncə-110, Maraş, Antep, Ağ qızıl, Progen, Flora kimi rayonlaşdırılmış yerli və introduksiya olunmuş xarici seleksiya sortları əkilir.

Torpağın becərilməsi.  Pambıq bitkisindən yüksək məhsul alınmasında əsas amillərdən biri torpağın narın hissəciklərə parçalanmasını, rütubətin toplanması və qorunması, yuma, arat və s. aqrotexniki tədbirlərin səmərəsinin artirilmasını təmin edən dondurma şumunun vaxtında və keyfiyyətlə aparılmasıdır. Dondurma şumu hazırda istifadə edilən kotanlarla torpağın münbit qatının qalınlığından və sələf bitkisindən asılı olaraq  28-32 sm dərinlikdə aparılır.  Pambiq əkinləri üçün şum dekabırın 15-20-dək   qurtarmalıldır. Şum altına hər il hektara 5-10 ton peyin verilməlidir. Peyin universal üzvi gübrə olmaqla bitkilər üçün həm qida maddəsidir.

Səpinqabağı becərmə işləri qış və yaz aratı, həmçinin atmosfer yağıntıları hesabına torpaqda yaranmış ehtiyat nəmliyin saxlanmasına, eyni zamanda torpağın üst qatında olan alaq otlarının erkən cücərməsinə və səpinqabağı malalama zamanı məhv edilməsinə səbəb olur. Malamalar zamanı sahənin səthinin düz və hamar  qalması vacibdir. Səpinqabağı becərmə mütləq dayaz, yəni 6-7 sm dərinlikdə aparılmalıdır. Malanın axırıncı gedişi səpin istiqamətində olmalıdır.

Toxumluq çiyidin səpinə hazırlanması. Toxumluq çiyid pambıq zavodlarında hommoz və kökçürümə xəstəliklərinə qarşı mübarızə məqsədi ilə dərmanlanır. Arat olunmuş sahələrdə səpindən əvvəl toxumluq çiyid lifli olduqda  asfalt meydançada yaxud  polietilen plyonka üstündə iki dəfə (ikinci birincidən 1-2 saat sonra olmaqla) isladılır, hər nəmlənmədə 20-25 sm qalınlıqda sərilmiş 1 ton çiyidə 350-500 litr su sərf olunur. Hər dəfə isladıldıqdan sonra çiyid kürəklə qarışdırılır, 70-80 sm hündürlükdə toplanılır və üstü  polietilen plyonka örtülür.  İsladılmış çiyidi bu vəziyyətdə ən çoxu 12 saat saxlamaq olar. Lütləşdirilmiş çiyidlər isladılmır.


Səpin.
Səpin optimal müddətdə- torpağın 8-10 sm-də temperaturun +12 - +14° C -də sabitləşdiyi vaxt başlanır. Bu isə Muğan, Mil-Qarabağ bölgələrində aprelin birinci, Şirvan bölgəsində ikinci ongünlüyünə təsadüf edir.Əkin səpinqabağı becərmənin biləvasitə ardınca gedir. Arata səpin zamanı çiyid 4-5 sm dərinliyə basdırılmalıdır. Səpin dövrünün əvvəlində çiyid dayaz, sonralar isə nisbətən dərinə basdırılır. Səpsuvar aparılacaq sahələrdə çiyid 3-4 sm dərinliyə səpilir. Lifli çiyidlə səpində hektara 70-80 kq toxum sərf olunur.

Səpin mütərəqqi üsulla yəni lifsiz çiyidlə aparılarsa hektara 20-25 kq toxum sərf olunur. Lifsiz çiyidlə  dəqiq səpin SÇX-4a və ya SPÇ-6M markalı pnevmatik çiyidsəpən maşınlarla aparılır.

Çıxış. Qida və su təminatı zəif olan torpaqların hər hektarında 110-120 min, qida maddələri ilə orta təmin olunmuş sahələrdə 100-110 min və münbit torpaqlarda 90-100 min bitki saxlanılır.   Cərgə arası 60 sm olan əkinlərdə hər 12-15 sm-dən bir, və ya 30 sm-də iki bitki, cərgə arası 90 sm olduqda isə hər 8-10 sm-də bir və ya 20 sm-də iki bitki saxlanılır.

Kultivasiya. Ən mühüm aqrotexniki tədbirlərdən biri cərgə aralarının yumşaldılmasıdır.  60 sm-lik cərgə araları olan əkinlərdə becərmənin en götürümü 40-45, 90 sm-lik əkinlərdə 70-75 sm olmalıdır.     Bitkilərin iki əsas yarpaq dövründə kök sistemi dayazda olur. Ona görə birinci kultivasiya 6-7  sm dərinlikdə çəkilir. Suvarma dövrünə qədərki kultivasiyalar 10-12 sm dərinlikdə aparılır.

Şırımın dırinliyi cərgəarası 60 sm olan əkinlərdə 12-18 sm, cərgəarası 90 sm olan əkinlərdə 15-20 sm olur.

Birinci və sonuncu kultivasiyalar traktorun birinci sürətində, qalan becərmələr ikinci sürətində aparılır.

Ketmənləmə. Ketmənləmə zamanı bitki ətrafındakı torpaq yumşaldılır,  bitki aralarındakı və müdafiə zolağındakı alaqlar məhv edilir. Ketmənləmə 6-8 sm dərinlikdə aparılır.     Kultivasiya və ketmənləmə vegetasiya suvarmalarından 3-4 gün sonra torpağın fiziki yetişkənliyi zamanı aparılmalıdır.

Gübrələmə. Sahəyə verilən gübrələrin normalarını hesablayarkən torpaqda qida maddələrinin miqdarını (təbii  münbitlik) və planlaşdırılan məhsuldarlıq nəzərə alınmalıdır.

Fosfor və kalium gübrələri şum altına, gübrə norması çox olarsa 80 faizi şum altına,  20 faizi səpinlə və ya yemləmə kimi verilməlidir.

Azot gübrəsinin normasından səpinlə birlikdə 100 kq, qalan hissəsini isə 2 dəfəyə qönçələmə fazasına qədər yemləmə şəkilində verilir. Azotla yemləmə çiçək görünənə qədər başa çatdırılmalıdır.

Vegetasiya suvarmaları. Yüksək pambıq məhsulu yetişdirmək üçün aqrotexniki tədbirlər kompleksində vegetesiya suvarmaları həlledici rol oynayır.

Mexaniki tərkibi nisbətən  yüngül, torpaq qatı dayaz   və qurunt suyunun səviyyəsi dərin olan torpaqlarda pambıq bikisini tez-tez suvarmaq, suvarmaları erkən başlamaq və gec qurtarmaq lazımdır. Belə torpaqlarda çiçəkləməyədək 1-2, çiçıəkləmə və barəmələgəlməyədək  3-4 dəfə suvarma aparılmalıdır.

Yüngül  mexaniki tərkibli torpaqlarda suvarma norması 700-800 kub metr, ağır mexaniki tərkibli torpaqlarda isə 900-1000 kub metr götürülür.


Pambığın xəstəlik və zərərvericiləri. 
Azərbaycanda pambıq bitkisinə  vilt, hommoz və kökçürümə kimi xəstəliklər, payızliq sovka, pambıq sovkası, hörümçək gənəciyi, mənənə, trips və s. zərərvericilər ziyan vurur.

Toxumluq çiyid pambıq zavodlarında hommoz, kökçürümə xəstəkiklərinə, mənənə və trips ziyanvericilərinə qarşı mübarizə məqsədi ilə müasir kimyəvi preparatlarla dərmanlanır.

Ucvurma. Ucvurma əl ilə, mexaniki və kimyəvi  üsulla aparılır. Bitkilərin əsas gövdəsinin ucu ÇBX-4 markalı ucvuran qurğu ilə 3-4 sm kəsilir, əl ilə isə 1-2 sm qoparılır. Pambıq kolları çox şaxələnərsə yan budaqların da ucu vurulur.

Ucvurmada kimyəvi üsul daha səmərəlidir. Bu məqsədlə piks, tur, mikvat-xlorid və s preparatlardan istifadə etdikdə bitkilərin istər əsas, istərsə də yan budaqlarının böyüməsi bərabər nizamlanır, bar budaqları daha tez inkişaf edir.

Pambığın yığılması əl ilə və ya maşınla həyata keçirilir. Əl ilə və maşınla yığılacaq sahələr qabaqcadan müəyyənləşdirilməlidir.

Əl ilə yığım qısa müddətə, yəni 50-60 günə başa çatdırmaq üçün hesablanmış işçi qüvvəsi ilə təmin olunmalıdır. Əl ilə yığıma hər kolda ən azı 4 qoza açıldıda başlamaq lazımdır.

Maşınla birinci yığıma qozaların 55-60 %-i açıldıqda, ikinci yığıma əlavə olaraq qozaların 20-30 %-i açıldıqda başlamaq lazımdır. Əks halda yetişməmiş qozaların əzilməsi, yerə tökülməsi xeyli məhsul itkisi ilə müşahidə olunur.

20.09.2019

Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20.09.2019

Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir

19.09.2019

Azərbaycan və Tacikistan arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib