Heyvandarlıq

Balbas qoyun cinsi

  • A
  • A
  • A

Ölkəmizdə aqrar sahəni daha da inkişaf etdirmək, işin səmərəliliyini və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün qarşıda mühüm vəzifələr qoyulmuşdur. Heyvandarlığın intensiv inkişaf etdiriməsi  ilə bağlı yaxın gələcəkdə mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.Heyvandarlığın başqa sahələri kimi qoyunçuluqda da istehsal olunan yun, qoyun əti, süd, xəz-dəri və s. məhsullarınin yeni texnologiyalar tətbiq etməklə artırılması tədbirləri də həyata keçiriləcəkdir. 

Ölkəmizdə qaba yunlu ətlik-yunluq və yunluq-ətlik cins qruplarını yüksək ətlik keyfiyyəti ilə seçilən və eləcə də  xalçaçılıq sənayesi üçün qiymətli xammal mənbəyi olan Balbas qoyunlarının sayının artırılması və məhsuldarlıq keyfiyyətinin təkmilləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür. Sovet dövründə təsərrüfatlarda zərif və yarım zərif yunlu (mələz) qoyun cinsləri çoxluq təşkil edirdi. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra zərif və yarım zərif yunlu qoyunların sayı azalmağa başladı. Hazırda sahibkarlar qaba və yarım qaba yunlu qoyunçuluğun inkişaf etdirilməsinə daha çox üstünlük verilir.

1436164923_qoyun3_text.jpgQoyunçuluqda sürünün geniş təkrar istehsalı məsələləri böyük iqtisadi əhəmiyyətə malikdir. Qoyunların mayalama müddətinin düzgün seçilməsi  mühüm amildir və bu dövrdə ana qoyunların kütləvi surətdə həvəsə gəlmələrini uyğunlaşdırır.
Qoyunçuluğu inkişaf etdirmək üçün əsasən heyvanların yemləndirilməsini, bəslənməsini, saxlanmasını daha yaxşı təşkil etmək mühüm şərtdir. Bundan başqa qoyunçuluqda sleksiya-seçmə üsulundan da geniş istifadə etmək lazımdır. Hər il sürülərdə qoca, az məhsuldar, nöqsanlı eksteryer qurluşuna malik olan qoyunlar olmamalıdır.
Cinsindən, damazlıq kefiyyətindən və istifadəsindən aslı olaraq qoyunlar təmiz qanlılar və mələzlər; damazlıq və istifadəlik qruplarına ayrılır. Damazlıq heyvanlara kifayət qədər yüksək məhsuldarlığa görə seçilən adətən həmin cinsin birinci sinfinin tələbini ödəyən və öz xeyirli təsərrüfat əlamətlərini nəslə yaxşı keçirmək qabiliyyətinə malik olan, təsərrüfatda bəslənmə və satış üçün istifadə olunan təmiz qanlı qoyunlar daxildir. Yüksək məhsuldar mələz heyvanlar əgər arzu olunan tipin tələblərinə uyğun gəlirsə və öz əlamətlərini nəslə verə bilirisə damazlığa aid edilə bilər. Damazlıq qoyunlar damazlıq təsərrüfatlarda və fermalarda yetişdirilir. Ölkəmizdə ən geniş yayılmış qoyun cinslərindən biri də Naxçıvan Muxtar Respublikasının ərazisində yetişdirilən Balbas qoyun cinsidir.

1436164917_qoyun4_text.jpgMuxtar respublikanın iqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Buranın iqlim-torpaq şəraiti kənd təsərrüfatının inkişaf etdirilməsinə əlverişli şərait yaradır. Muxtar respublikanın düzənlik yerlərində, əsasən, ətlik-südlük və yunluq, dağlıq yerlərdə  ətlik-yunluq heyvandarlıqla məşğul olunur. Bu bölgədə çox qiymətli yerli genofondumuz olan Balbas cinsli qoyunlar yetişdirilir.

Naxçıvanda geniş yayılan Balbas qoyunu ən iri qoyun hesab edilir.

Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların diri çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir. Balbas cinsli qoyunların süd  məhsuldarlığı  digər yerli qoyun cinslərinə nisbətən yüksəkdir. Balbas qoyunları laktasiya ərzində 125-135 kq süd verir.

Bu cins xalq seleksiyası nəticəsində yaradılmışdır. Bu qo­yun­ların qulaqlarının uc tərə­f­lə­rin­də, göz və dizlərində qara xal kimi tüklərin bit­məsinə baxmayaraq, onların bə­də­nində bitən yunun əsas hissələrində qara rəng­li yun telləri olmur ki, bu da onun yununun yüksək qiymətliliyini təsdiq­lə­yir. Ayaqları uzun, yaxşı inkişaflı oynaqlara malik olmaqla, dırnaqları möh­kəm­dir. Odur ki, bu qoyunlar köç zamanı sutkada 18-20 km yol qət edib, dağ ya­mac­­la­rın­da sərbəst otlaya bilirlər. Yaxşı bəslənmiş sürülərdə ana qoyunların canlı kütləsi 60-70 kq, erkək qoçların canlı kütləsi isə 80-88 kq arasında bəzən 100-110 kq olur Balbas qoyunlarının öz əlamətlərini nəslə keçirmə qabiliyyətləri yüksəkdir. Ana­­dan təzə doğulan quzular aktiv hərəkətli olmaqla 3,0-3,5 kq və çox za­man 4 kq diri çəkiyə malik olurlar. Hər yüz baş ana qoyundan 110-115 baş ba­la alı­nır. Quzular 5-6 aylıq yaşda anadan ayrılırlar.

1436164923_qoyun5_text.jpgNaxçıvan MR-nin təbii-iqlim şəraitini nəzərə almaqla, Naxçıvan MR-də yetişdirilən Balbas qoyunların cinslik keyfiyyəti və cinsdaxili tiplərin yaradılması geniş elmi tədqiqat işlərinin aparılmasını qarşıya məqsəd qoyur. Bu məqsədlə Ruşanov Asəf Əyyub oğlu ilk dəfə olaraq “Balbas cinsli qoyunların cinsdaxili tiplər üzərə məhsuldarlığın öyrənilməsi” mövzusunda tədqiqatlar aparmışdır. Belə nəticəyə gəlinmişdir; yunluq cins­da­xi­li tiplərdən 168,24 manat, ətlik cinsdaxili tiplərdən 169,98 manat, südlük cins­daxili tiplərdən 169,45 manat gəlir əldə edilmişdir. Ruşanov A.Ə. Naxcıvan Muxtar Respublikasında  Balbas qoyun cinsi üzərində apardığı tədqiqatın  yüksək nəticəsi əsasında  təsərrüfat üçün çox dəyərli təkliflər vermişdir.

1.Balbas qoyun cinsinin genefondu qorunub saxlanılsın, onun potensialını üzə çıxarmaq və müxtəlif mələzləşmənin qarşısını almaq məqsədilə cinsdaxili tiplərə ayrılsın.

2.Xüsusi yaradılmış təsərrüfatlarda cinsdaxili tiplərdə xətlər üzrə yetişdirmə aparılsın və xüsusən yüksək keyfiyyətli törədicilər tam qidalı balanslaşmış yemlərlə təmin edilsin.

3.Qoyunçuluqda ət, süd, yun məhsuldarlığını yüksəltmək məqsədilə fermer təsərrüfatlarında yaradılmış sürülərdə arzuolunan məhsuldarlığa malik törədici qoçlardan istifadə olunsun.

18.07.2019

Respublika Komissiyası fermerlərə 23 milyondan artıq subsidiya verilməsinə dair qərar qəbul edib

18.07.2019

Dövlət Toxum Fondunun Xaçmazda yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb

18.07.2019

Kənd Təsərrüfatı Nazirliyi və FAO qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını keçirib