Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Dövlət Yol Polisi İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə sahibkarlar, özəl aqroservislərin nümayəndələri və mexanizatorlar iştirak ediblər.
Tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına düzgün riayət edilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, özəl aqroservislərin fəaliyyətinin genişlənməsi sahəsində maarifləndirmə işlərinin aparılması olub.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Azər Qarayev Agentlik tərəfindən son zamanlar bu sahədə görülən işlər, innovativ texnologiyalar, şəffaflıq, göstərilən xidmətlərin əhaliyə əlçatanlığının təmin edilməsi, vətəndaş məmnunluğunun daha da artırılması barədə ətraflı məlumat verib.
Sonda qeyd edilən məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin iştirakçılara xidmətin fəaliyyətini və xidmətə görə ödəniləcək rüsumları əks etdirən bukletlər paylanılıb.
Qəbələdə növbəti Aqrar Biznes Festivalı Qəbələdə keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024
Aqrar Sığorta Fondunun sədri Göyçayda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
25 Aprel 2024
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb
25 Aprel 2024