• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri “Azərsu” ASC-də texnikalara baxış keçirib
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri “Azərsu” ASC-də texnikalara baxış keçirib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq “Azərsu” ASC-nin nəqliyyat və xüsusi texnika idarəsində traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçiriblər.

Texniki baxış zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə əyləc (tormoz) sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib. Texniki baxışa təqdim edilən nəqliyyat vasitələrinin texniki vəziyyətinin dövlət standartlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılıb. Yoxlama nəticəsində həmin nəqliyyat vasitələrinə dövlət texniki baxışından keçməsinə dair akt tərtib edilib, elektron talon verilib, bu barədə kağız üzərində və elektron daşıyıcılarda müvafiq qeydiyyat aparılıb. Ümumilikdə, 119 nəqliyyat vasitəsinə dövlət texniki baxışı keçirilib.

Keçirilən tədbir çərçivəsində nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət texniki baxışından keçmələri tövsiyə edilib və Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə uğun tətbiq edilən cərimələrin miqdarı izah olunub. Eləcə də mexanizatorların texnikaları idarə etmək üçün sürücülük vəsiqələrinin kateqoriyaya uyğunluğu yoxlanılıb və maarifləndirmə işi həyata keçirilib.