Qarğıdalı tədqiqatları üzrə beynəlxalq ekspert, Türkiyənin Adana şəhərindəki Doğu Akdeniz Tarımsal Araştırmalar institutunun əməkdaşı doktor Gönül Cömertpay “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi çərçivəsində Əkinçilik və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutlarında olub. Müzakirələrdə hibrid qarğıdalı toxumçuluğu ilə bağlı görülməsi vacib olan məsələlər, Azərbaycanda bu sahənin gələcək inkişaf perspektivləri, iki institut arasında elmi əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev beynəlxalq ekspertə institutun təşkilati strukturu, tədqiqat prioritetləri, yaradılmış tərəvəz bitki sortları, onların üstünlükləri haqqında ətraflı məlumat verib. Gönül Cömertpay təmsil olduğu institutun elmi istiqamətləri və fəaliyyətlərinə, həmçinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Türkiyədə fəaliyyət göstərən müvafiq institutlar ilə əməkdaşlıq və genetik materialların mübadiləsinin zəruriliyinə toxunub.
Beynəlxalq ekspert və onu müşaiyət edən nümayəndə heyəti Tərəvəzçilik institutunun müxtəlif təyinatlı laboratoriyaları, onların fəaliyyətləri ilə yaxından tanış olub.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib
22 Aprel 2024
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
22 Aprel 2024
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
22 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024