Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçiriləcək. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar müvafiq qurumlar tərəfindən müəyyən edilmiş heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən dezinfeksiya işləri ödənişsiz olaraq aparılacaq.
Həmçinin, Aqrar Xidmətlər Agentliyi bəyan edir ki, fərdi şəkildə dezinfeksiya işləri ilə bağlı müraciətlər edildiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun dövlət rüsumu tətbiq olunacaq.
Qurban bayramı ilə əlaqədar aparılacaq dezinfeksiya işlərində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpiləcək, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçiriləcək.
Heyvan satışı və kəsimi yerləri dezinfeksiyadan sonra istifadəyə veriləcək və ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin ediləcək.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edəcək
18 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edəcək
17 Aprel 2024
Qazaxda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2024
Yevlaxda iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyalar nümayiş olunacaq
17 Aprel 2024