Direct State Support

Tax breaks

  • A
  • A
  • A

Vergi güzəştləri

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 824 nömrəli qanununa əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikiliklərə görə, 2014-cü il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisi istisna olamaqla, digər vergiləri ödəməkdən azaddırlar. Bu vergilərə aşağıdakılar aiddir:

- kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərə tətbiq edilən gəlir vergisi;

- kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyədən əlavə dəyər vergisi;

- kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi.

Həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş mədaxilin həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.