Untitled Document
Untitled Document
6. Azərbaysan Respublikasının Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi haqqında 28 sentyabr 2007-si il tarixli 634 nömrəli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəi olan vəzifəli şəxslərin siyahısı təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nın təsdiq edilməsi haqqında» 28 sentyabr 2007-ci il tarixli 634 nömrəli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəi olan vəzifəli şəxslərin siyahısı təsdiq edilmişdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin:

- 75-ci, 120-ci, 121-ci maddələri üzrə – Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsmi şöbəsinin müdiri və müdir müavini;

- 119-cu maddəsi üzrə - Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri və müdir müavini;

“Maddə 119-1. Atçıliq haqqında qanunvericiliyin pozulması

- 119-1.1. Atçılıq sahəsində dovlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti organının müvafig sahədə göstərişlərinin yetirilməsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək, vəzifəli şəhslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilirlər.

- 119-1.2. Damazlıq atlara pasportların (şəhadətnamələrinin) verilməsi qaydalarının pozulmasına görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin qirx mislindən altmış mislinədək miqdarda cərimə edilirlər.

- 119-1.3. Milli at cinslərin və beynəlxalq olan at cinslərinin damazlıg özəklərinin ləğv etmasinə görə -
Fiziki şəxslər şərti maliyyə vahidinin otuz mislindən qirx mislinədək, vəzifəli şəxslər şərti maliyyə vahidinin ytmiş mislindən doxsan mislinədək, hüquqi şaxsler şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilirlər”.


- 123-cü, 124-cü maddələri üzrə - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi və rəis müavinləri;

- 125-ci 126-cı maddələri üzrə - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi və rəis müavinləri, Bakı şəhər Baytarlıq İdarəsinin rəisi və rəis müavini.


Əlaqə telefonu: 498 56 06


"

Tariflər
Linklər