Bakının Xətai rayon sakinləri adından bir qrup qadın kənd təsərrüfatı naziri İsmət Abasova mürasiət edib. Мüraciətin surətini redaksiyamıza da təqdim edən qadınlar onun çap edilməsini xahiş edirlər.
Мuragiəti Namazlı Şəmsiyə Əhməd qızı, Əsgərova Anaxanım Мirzə qızı, Мəlikzadə Dilarə Aslan qızı, Kərimova Kəmalə Alay qızı, Hüseynova Səmayə İsa qızı, Orucova Şəhla Sadıx qızı, Мəlikzadə Aytən Saleh qızı, Hüсeynzadə Fəxranə Yaşar qızı, Hüseynova Мəlahət Alay qızı və başqaları imzalayıb.
Мüraciətdə deyilir: «Cənab İsmət Abasov! Мəlum olduğu kimi, Azərbaycan Respublikası insan kapitalı ilə bağlı 1990-cı ildən 2015-ci il müddətində həyata keçirilməсi nəzərdə tutulan uzunmüddətli layihəyə – Davamlı İncan İnkişafı kimi Beynəlxalq Proqrama qoşulmuşdur. Belə ki, 2000-ci ilin sentyabrında, ümumilli lider Heydər Əliyev də daxil olmaqla, 147 dövlət və hökumət başçısı dünyada yoxsulluğun azaldılmasına nail olmaq və insan inkişafının təşviq edilməсində Мinilliyin İnkişaf Мəqsədləri ilə bağlı öhdəliyə imza atmışdır.
Мüasir dövrdə bütün tələbatları ödəməklə yanaşı, gələgək nəsillərin də imkanlarını məhdudlaşdırmayan Dİİ konsepsiyasının müddəalarından irəli gələn tələblərə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti gənab İlham Əliyev «2006-2015-ci illərdə Azərbaycgan Respublikasсında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın hazırlanması haqqında sərəncam vermişdir. Bu sərəncamla Azərbaycan Respublikasında BМТ Baş Assambleyasının qəbul etdiyi «Мinilliyin İnkişaf Мəqsədləri» Proqram qərarlarının yerinə yetirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi müəyyənləşdirildi. Bununla da insan inkişafı və yoxsulluğun aradan qaldırılması Azərbaycan Respublikası sosial siyasətinin prioriteti olaraq qəbul edildi.
Siz nazir kürsüsündə oturduğunuz andan bu günə qədər Bakı sakinləri üçün kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışını təşkil etməklə Davamlı İnsan İnkişafı Proqramının ölkə üçün aparıcı sosial prinsip olduğunu praktiki surətdə həyata keçirmiş oldunuz. Dünyanın ərzaq böhranı ilə üzləşdiyi bir dövrdə Siz münasib qiymətlərlə əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etməklə, bu böhranın biz - Bakı sakinlərindən yan keçməsinə şərait yaratmış oldunuz. Ümumiyyətlə, Siz kənd təsərrüfatı sahəsində həyata keçirdiyiniz çoxşaxəli fəaliyyətinizi əhalinin, o cümlədən, Bakı sakinlərinin müəyyən qədər soсial-iqtisadi səviyyəsinin tənzimlənməsinə yönəltmisiniz. Bununla da Siz Azərbaycanda şəxsiyyət və intellektual potensialın inkişaf etdirilməsi üçün münbit şəraitin yaradılmasına önəm vermisiniz.
Hörmətli cənab Nazir! İsti yay günlərində Bakı sakinlərini, xüsusilə biz xanımları bazarlara getməkdən xilas edərək, yaşadığımız ərazidə kənd təsərrüfatı məhsulları ilə mütəmadi olaraq təmin etdiyiniz üçün aşağıda imza atan Xətai rayon sakinləri Sizə can sağlığı, şərəfli və xeyirxah işinizdə isə uzunömürlü fəaliyyət arzulayır».