Untitled Document
Untitled Document
12. AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI

Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqinda


Aqrar bölmədə islahatların, o cümlədən torpaq islahatının həyata keçirilməsi, kolxoz və sovxozların ləğvi və onlara məxsus bütün əmlakın kənd əhalisinə pulsuz paylanması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrin özəlləşdirilməsi və digər tədbirlər bu bölmənin dinamik inkişafına ciddi təkan vermişdir. Keçən illər ərzində pulsuz torpaq payı almaq hüququ olan 3 milyon 500 min vətəndaş torpaq mülkiyyətçisi hüququ verən dövlət aktı almışdır.
Ləğv olunmuş kolxoz və sovxozların, özəlləşdirilmiş dövlət müəssisələrinin ümumi məbləği 100 milyard manatdan çox olan borcları silinmişdir. Fermerlərin müxtəlif kənd təsərrüfatı texnikası ilə təchiz olunmasına dair layihələr həyata keçirilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçıları 2009-cu il yanvarın 1-dək torpaq vergisindən başqa, bütün vergilərdən azad edilmişlər.
Hazırkı mərhələdə aqrar sahədə qarşıda duran başlıca vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təjhizatını yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən və onun itkisiz yığılmasını təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında» (2004-2008-ci illər) bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulmuşdur.
Aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını sürətləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, ilkin mərhələdə səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti yaratsın.
2. Müəyyən edilsin ki, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikasının lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsini və ya satılmasını həyata keçirir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
3.1. bir ay müddətində «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarını təsdiq etsin;
3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili üçün ən geci 5 ilə qaytarılmaq şərtilə, 2005-ji və 2006-cı illər üzrə Azərbaycan Respublikasının dövlət büdjəsi layihələrində bu məqsədlə müvafiq olaraq 100,0 milyard və 150,0 milyard manat vəsait nəzərdə tutulmasını təmin etsin;
3.3. lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyaların idxal gömrük rüsumundan və idxal zamanı əlavə dəyər vergisindən azad olunması üçün 10 gün müddətində müvafiq qərar qəbul etsin;
3.4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkədə beynəlxalq təşkilatlar və xariji ölkələrin maliyyə qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində alınan vəsaitin aqrar bölmənin texniki təchizatının yaxşılaşdırılması üçün istifadəsi üzrə ardıjıl tədbirlər görsün;
3.5. «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirsin.
4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
4.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə bir ay müddətində «Aqrolizinq» Açıq Səhmdar cəmiyyətinin Nizamnaməsini hazırlayıb dövlət qeydiyyatına alınmasını təmin etsin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV.


Bakı şəhəri, 23 oktyabr 2004-cü il. ¹ 468.


"

Tariflər
Linklər