Untitled Document
Untitled Document
8. Azərbaysanda Quş Qripi (QQ) Layihəsi üçün
Ətraf Mühitin İdarə Edilməsi Planının Xulasəsi


Azərbaycan Höküməti Azərbaycanda Quş Qripinin Təhlükəsinə qarşı tədbirlərin maliyyələşdirməsi üçün Dünya Bankina müraciət etmişdir və Dünya Bankı Azərbaycan Hökümətinə Quş Qripi Qlobal Programı çərçivəvəsi altinda fövgaladə tədbirlər hazirlanmasına yardim edir.

Yüksək Patogen Quş Qripinin (H5N1 ştammının) vəhşi və ev quşlarında olması 2006-cı il fevral ayinda təsdiqlənmisdir.

Ümümdünya Səhiyyə Təşkilatının 30 Mart 2006-cı ilin hesabatına əsasən Azərbaycanda H5N1 virusuna 12 nəfərin yoluxması təsdiqlənmişdir, onlardan 5 nəfəri vəfat etmişdir.

Dünya Bankı ona maliyyələşdirmə üçün təklif olunan layihələrin ətraf mühit cəhətdən məqbul və davamlı olmalarına əmin olmaq üçün ətraf mühitin qiymətləndirilməsini tələb edərək, qərar qəbul etmə prosesini təkmilləşdirir (FS (əməliyyat siyasəti) 4.01, Yanvar 1999). Azərbaycanın Quş Qripi (QQ) Layihəsi icrası ətraf mühitə idarə oluna bilən mülayim təsirləri özünə daxil etdiyindən, Dünya Bankının ətraf mühit üzrə B kateqoriyasını almışdır.

2006-cı il mart ayının 27-də Dünya Bankı Azərbaycanda quş qripi ilə bağlı fövqəladə tədbirləri həyata keçirmək məqsədilə İnstitusional Quruculuğa İkinci Texniki Yardım (IBTA II) layihəsini təsdiqlədi.

Restrukturizasiya olunmuş layihənin məqsədi ev quşlarında baş vermiş yüksək patogenik quş qripi (YPQQ) infeksiyasının və digər zoonoz xəstəliklərin insanlara törədə biləcəyi təhlükəni azaltmağa və qrip pandemiyası və digər infeksion xəstəliklərə nəzarət və cavab tədbirlərinin hazırlanmasına kömək edəcək. Bu əlavə məqsədlərə nail olmaq üçün layihə: (i) profilaktikanı; (ii) hazırlıq və planlaşdırmanı; (iii) reaksiya və xəstəliyin yayılmasının məhdudlaşdırılmasını dəstəkləyəcək. Bu məqsədlərə nail olunması xəstəlik yükünün və məhsuldarlığın itirilməsinin azaldılmasına, YPQQ-in regional yayılımasının məhdudlaşdırılmasına və milli, regional və qlobal səviyyələrdə iqtisadi və sosial təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcək.

Restrukturizasiya olunmuş layihə aşağıdakı dörd komponenti daxil edir:

Baytarlıq xidmətləri: Bu komponent Azərbaycanın heyvanlarının xəstəliklərinin müşahidəsini, diaqnostikasını və cavab tədbirlərini gücləndirəcək. O, həmcinin quşların vaksinasiyasını aparmaq imkanlarını oyrənməyi, həm sənaye miqyaslı təsərrüfatlarda, həm də kiçik həyətyanı sahələrdə quş yetişdirənlərin iqtisadi itkilərinin qarşısını almaq üçün kompensasiya mexanizmını hazırlanması planını dəstəkləyəcək .

İnsan sağlamlığı: Bu komponent müşahidə, diaqnostika və tibbi xidmətlərin avadanlıqla, təlimlə və Səhiyyə Nazirliyinin dərmanlarla təminatını gücləndirəcək. Bu həmçinin qlobal pandemiya baş verərsə, onun təsirinin azaldılmasına yardim edəcək.



İctimaiyyəti məlumatlandirma: Bu komponent kommunikasiya kampaniyaları tərəfindən ictimayyətin Quş Qripinə yoluxma təhlükəsini və bundan aslı olaraq özünü idarəetmə, xüsusən də ev və çöl quşları ilə təmasda olarkən əlləri tez- tez yumaq haqqında məlumatlandirılmasını dəstəkləyir. Bu komponent həmçinin panikaya düşməmək və istehlakçıların quş məhsularından istifadə etmə inamının bərpasına kömək edir, o çümlədən ev və çöl quşlarının bir-birindən ayrı hazırlanması və saxlanılması haqqında ehtiyat tədbirlərini izah edir.

İcraya dəstək: Bu komponent layihənin idarə edilməsi və əlaqələndirilməsinə yardım edəcək.


Ətraf mühitə ciddi və mənfi təsirlər törətməsinin gözlənilməməsinə baxmayaraq, bu fəaliyyət QQ virusunun qəflətən yayıla bilməsindən və tullantıların ləğv edilməsi prosesində yarana bilən ətraf mühitə olan riski azaldir. QQ profilaktikası və cavab tədbirlərinin ətraf mühitə müsbət təsir göstərməsi gözlənilir, çünki müəssisələrə, avadanlığa, baytarlıq və səhiyyə müəssisələrinin heyətinin təliminə və laboratoriyalara edilən investisiyalar Dünya Heyvan Sağlamlığı Təşkilatı (DHST) tərəfindən təsis edilmiş beynəlxalq standartlara cavab verərək, mövcud quş qripi ilə müraciət və yoxlama metodikalarının effektivlik və təhlükəsizliyini təkmilləşdirəcək. QQ epidemiyaları zamanı heyvanların məhv və ləğv edilməsi üçün protokol və prosedurlara ətraf mühit üzrə ehtiyat tədbirlərinin daxil edilməsi bunu daha da gücləndirərdi.

Ətraf Mühitin İdarə Edilməsi Planı (ƏMİP) Baytarlıq və İnsan Sağlamlığı Komponentlərinin ətraf mühitə mənfi təsirlərini əhatə edir. ƏMİP, Baytarlıq Xidmətləri komponenti üçün zoonoz xəstəliyinin qarşısının alınmasını, laboratoriyalardan xüsusi tullantılar və material tullantılarının tənzinlənməsini və QQ materialları ilə təhlükəsiz davranmaq prosedurlarını daxil etmək məqsədi ilə baytarlıq xidməti işçiləri üçün təlimi, yoluxmuş və təhlükə altında olan quşların təhlükəsiz məhv edilməsi və cəsədlərin ləğv edilməsini şərtləndirir. İnsan Sağlamlığı komponenti üçün isə ƏMİP zoonoz xəstəliyinin qarşısının alınmasına və tullantıların idarə edilməsinə aid əsas ətraf mühit məsələlərini daxil etmək üçün yoxlama və regional diaqnostik laboratoriyalar üçün avadanlıq, modernləşdirmə və təlimin təmin edilməsinə yönəlir.

ƏMİP ətraf mühit məsələlərinə müvafiq diqqət ayrılmasına əmin olmaq və onların idarə olunmasında tərəqqi və problemləri izləmək üçün mənfi təsirlərin azaldilmasi və monitorinq planlarını təmin edir.

ƏMİP-in layihəsi Azərbaycan dilində dərc ediləcək və ictimaiyyətə təqdim olunacaq. Müvafiq Nazirliklrlə, ekoloji QHT-lərlə, sənaye təsərrüfatcilariyla, fermer assosiasiyalari və beynəlxalq təşkilatlarin yerli nümayəndəlikləri ilə onlarin rəyini öyrənmək məqsədi ilə məsləhətləşmələr aparılacaq.

ƏMİP-in layihəsi aparilan müzakirələrdən sonra alinan rəyləri nəzərə alaraq yenidən baxilacaq.

ƏMİP-in son varianti Azərbaycan əhalisinə açıqlanacaq, Dünya Bankına təqdim olunacaq və Quş Qripi Layihəsinin İcra Bürosu tərəfindən layihənin icra müddətində istifadə olunacaq.



"

Tariflər
Linklər