KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AVROPA BİRLİYİ TƏCRÜBƏSİNƏ ƏSASLANAN PROQNOZLAŞDIRMA MODELLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİB

Böyütmək | Kiçiltmək |

 

Aqrar siyasətin təhlili və analitik potensialın gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə kənd təsərrüfatı sahəsində proqnozlaşdırma modelinin tətbiqi ilə bağlı birgə layihəyə həyata keçirir.

Layihə çərçivəsində "Faktlara əsaslanan kənd təsərrüfatı siyasətinin formalaşdırılması prosesinə modelləşdirmə vasitəsilə dəstəyin göstərilməsi"  mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi yeni mərhələyə qədəm qoyub və bununla bağlı konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ölkəmizdə aqrar sahədə kompleks islahatların aparılmasını yüksək qiymətləndirib.

Seminarda beynəlxalq ekspert tərəfindən Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzi tərəfindən istifadə olunan İqtisadi İnkişaf, Resurslar və Kənd Təsərrüfatı üzrə Dinamik Tarazlıq Modeli (DEMETRA) ilə bağlı nəzəri və praktiki məlumatlar verilib.

Seminarda nazirliyin Strateji təhlil və planlaşdırma şöbəsinin müdiri Firdovsi Fikrətzadənin “Azərbaycanda kənd təsərrüfatı siyasəti və siyasətin formalaşması təcrübəsi”, Avropa Komissiyasının birgə Elmi Tədqiqat Mərkəzinin nümayəndəsi-elmi layihə mütəxəssisi Həsən Dudunun “Avropa İttifaqında Avropa Komissiyasının Birgə Mərkəzi və onun kənd təsərrüfatı üzrə siyasət tədbirlərinin formalaşdırılmasında rolu” mövzularında məruzələri dinlənilib.

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AVROPA BİRLİYİ TƏCRÜBƏSİNƏ ƏSASLANAN PROQNOZLAŞDIRMA MODELLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİBKƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AVROPA BİRLİYİ TƏCRÜBƏSİNƏ ƏSASLANAN PROQNOZLAŞDIRMA MODELLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİBKƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AVROPA BİRLİYİ TƏCRÜBƏSİNƏ ƏSASLANAN PROQNOZLAŞDIRMA MODELLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİBKƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AVROPA BİRLİYİ TƏCRÜBƏSİNƏ ƏSASLANAN PROQNOZLAŞDIRMA MODELLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİB