PAMBIQÇILIQLA BAĞLI TƏLİMLƏR DAVAM EDİR  

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda keçirilən təlimlərin qrafikinə uyğun olaraq pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri ilə təlimləri davam etdirir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin, Bitki Sortlarının Qeydiyyat və Toxum Nəzarəti Dövlət Xidmətinin, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin və “Aqrolizinq” ASC-nin mütəxəssislərindən ibarət qrup Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarında açıq tarla şəraitində fermerlərə təlim keçiblər.   

Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov kimyəvi mübarizə zamanı istifadə olunan pestisidlərin işlək məhlulunun hazırlanması və  düzgün tətbiqi ilə bağlı tövsiyyələr verib: “Pambıq zərərvericilərindən biri  mənənələrə qarşı kimyəvi mübarizə məqsədi ilə istifadə olunan “Asetamiprid” tərkibli  preparatların və pambıq sovkasına qarşı istifadə olunan “Emomektin Benzoat” tərkibli pestisidlərin həll olunması zamanı suyun temperaturuna diqqət yetirmək lazımdır. Yəni, işlək məhlulu 18-220 temperaturda kiçik həcimli qablarda həll etməli, sonra böyük tutumlu çənlərə əlavə edərək tətbiq etməliyik. Bu qaydalara düzgün əməl olunması preparatın tam həll olunmasına və zərərvericilərə qarşı istifadə olunan pestisidin təsir qabiliyyətinin daha da yüksəlməsinə səbəb olur”.  

Digər təlimçilər çiləyici aqreqatların nizamlanması, həmçinin pambıq bitkisinin becərilməsi zamanı aqrotexniki qulluq qaydalarının düzgün tətbiqi, yemləmə gübrələrinin verilmə qaydaları kimi vacib prosedurları əyani şəkildə iştirakçıların diqqətinə çatdırıblar.

Müzakirələr zamanı qarşıda duran problemlərin həlli istiqamətində müzakirələr aparılıb və iştirakçılar aqrotexniki tədbirlər zamanı qarşılaşdıqları problemlər barədə danışıblar. Onların qarşılaşdıqları problemlər yerindəcə müzakirə olunub və problemlərin həlli ilə bağlı onlara müvafiq tövsiyələr verilib. Təlimin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

PAMBIQÇILIQLA BAĞLI TƏLİMLƏR DAVAM EDİR   
PAMBIQÇILIQLA BAĞLI TƏLİMLƏR DAVAM EDİR   
PAMBIQÇILIQLA BAĞLI TƏLİMLƏR DAVAM EDİR