QUBADA AEİMM DİREKTORUNUN İŞTİRAKI İLƏ FERMER VƏ MÜTƏXƏSSİSLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində meyvə bağlarında “Zərərvericilərin inteqrir idarə olunması” üzrə təlim keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunan təlimdə fermerlər və fermerlərə məsləhət xidməti göstərən mütəxəssislər iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Ələddin Eyvazov təlimin keçirilməsini müşahidə edib. Ələddin Eyvazov bu tip innovativ təlimlərin həm fermerlər, həm də mütəxəssislər üçün faydalı olduğunu bildirib. AEİMM-in əsas fəaliyyət istiqamətlərindən birinin məsləhət xidməti olduğunu qeyd edən direktor alim və mütəxəssislərin qarşısına yeni tələblər qoyulduğunu qeyd edib. “Aqrar elm aqrar təsərrüfatların inkişafına xidmət göstərməlidir” – direktor deyib. 

Daha sonra təlim iştirakçıları ilə birlikdə sahə nümayişinə çıxan AEİMM direktoru yeni salınmış intensiv meyvə bağları ilə tanış olub, alimlərin sahə fəaliyyətləri ilə maraqlanıb. Qeyd olunub ki, hazırda ölkə üzrə ən innovativ bağ sahələri məhz Quba RAEİMM-ə məxsusdur. Bu da gələcəkdə mövcud təcrübəni özəl fermer təsərrüfatlarına da genişləndirmək imkanı verir. Mütəxəssislər yetişdirdikləri meyvə tinglərini də nümayiş etdiriblər. Görüşdə köhnə - istifadə müddətini başa vurmuş bağ sahələrinin yeniləri ilə əvəzlənməsinin lazım olduğu fikri səsləndirilib.

AEİMM direktoru Ələddin Eyvazov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binası ilə də tanış olub.