ADAU-DA AKADEMIK CƏLAL ƏLİYEVİN 90 İLLİYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli alim, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar  22 may 2018-ci il tarixli Sərəncam imzalayıb.

Akademik Cəlal Əliyev biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyən edib və onun aktual problemrərinin həllinə samballı töhfələr verib. Alimin ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. O həmçinin, elmi fəaliyyətinin əsas hissəsini Azərbaycanda dənli-taxıl bitkilərinin yeni sort və hibridlərinin yaradılmasına həsr edib. Bu nöqteyi nəzərdən Azərbaycan Dövlət Aqrar Universiteti də akademikin 90 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb və buna uyğun olaraq, aqronomluq fakültəsinin “Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyası”nda professor-müəllim heyəti, tələbələr və bölgənin bir sıra fermerləri ilə auditoriyada və taxıllar üzrə nümayiş sahəsində tarla günü keçirib. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Aynur Həsənova, Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının müdiri, dosent Firuddin Qurbanov, biologiya kafedrasıının müdiri professor Zaur Hümbətov, aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Nurlan Qədirov, taxılçılıqla məşğul olan fermer Fikrət Verdiyev və digərləri çıxış ediblər. Natiqlər akademik Cəlal Əliyevin biologiya, eləcə də aqrar elmə verdiyi töhfələrdən danışıblar.
Tədbir çərçivəsində qonaqlar ADAU-nun taxıllar üzrə nümayiş sahəsi ilə də tanış olublar.