TƏKRAR ƏKİNİN TƏTBİQİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASINDA MÜHÜM ROL OYNAYIR

Böyütmək | Kiçiltmək |

 

Bərdə rayonunda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumlarının, Bərdə Rayon İcra Hakimiyyətinin, rayon kənd təsərrüfatı idarələrinin əməkdaşları, fermerlər, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov müşavirənin əhəmiyyətini vurğulayaraq, rayonda təkrar  əkinlərin tətbiqi barədə məlumat verib. Bildirib ki, 2017-ci ildə Bərdədə 4289 hektar sahədə təkrar əkin aparılıb, 8 növ ərzaq bitkisi becərilib. Sahələrdən 50 min tondan çox tərəvəz məhsulları istehsal olunub. Ötən il 1810 nəfər məhsul istehsalçısına 2936 hektar sahənin becərilməsi üçün 146 min 794 manat subsidiya verilib. Cari ildə min hektar soğan və sarımsaq əkilmiş sahələrdən və 13 min 153 hektar biçilmiş taxıl zəmilərində təkrar əkinlərin aparılması üçün tədbirlər görülür. Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə “Azərbaycanda kənd təsərrüfatının inkişafı – hədəflər və perspektivlər” mövzusunda çıxışında ölkəmizdə aqrar sahəyə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı üçün görülən işlərdən danışıb. Bildirib ki, kənd təsərrüfatı istehsalçılarına göstərilən çoxşaxəli texniki və maliyyə dəstəyinin səmərəliliyinin artırılması, istehsalın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, mütərəqqi metodların və yeni əkinçilik üsullarının tətbiqi, ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsinə nail olunması və aqrar siyasətlə bağlı digər zəruri tədbirlərin görülməsi davam etdirilir.

Təkrar əkinlərin əhəmiyyətini və tətbiqinin vacibliyini diqqətə çatdıran nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımlar, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə ayrılan subsidiyalar təkrar (aralıq) əkinlərə də şamil edilib.  Seyfəddin Talıbov təkrar əkinlərin kənd təsərrüfatının inkişafına əlavə təkan verəcəyini və bu texnologiyanın geniş tətbiqi üzrə yerlərdə texniki, təşkilati və digər tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl məhsulunun itkisiz yığımı və təkrar əkinlərin əhəmiyyəti”, KTN Aparatının Dövlət dəstəyi şöbəsinin müdiri Baxış Əhmədov “Təkrar əkinlərə subsidiyaların verilməsi mexanizmi”, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət”, Aqrar Elm, İnformasiya və Məsləhət Mərkəzinin baş direktoru Ələddin Eyvazov “Mütərəqqi aqrotexnologiyaların geniş tətbiqi” mövzularında çıxış ediblər.

Müşavirədə iştirakçılar tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri dinlənilib, sualları cavablandırılıb, onlara təkrar əkinlərin tətbiqi ilə bağlı müvafiq tövsiyələr verilib.

Müşavirədən sonra tədbir iştirakçıları rayonun Yeni Daşkənd kəndində məhsulu yığılmış arpa sahəsinin yerində aparılan təkrar qarğıdalı səpini ilə tanış olublar. Bildirilib ki, arpa biçildikdən sonra sahələr boş saxlanılmamalı, bitki qalıqları aqreqat vasitəsilə xırdalanıb torpağa verilməlidir. Arpa biçilmiş sahələrdə ənənəvi, sıfır becərmə, minimal becərmə üsullarından istifadə etməklə ikinci səpin aparıla bilər. Bu zaman tezyetişən qarğıdalı, günəbaxan sortları, həmçinin soya, darı bitkiləri əkilməsi tövsiyə olunur.

TƏKRAR ƏKİNİN TƏTBİQİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASINDA MÜHÜM ROL OYNAYIR
TƏKRAR ƏKİNİN TƏTBİQİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASINDA MÜHÜM ROL OYNAYIR
TƏKRAR ƏKİNİN TƏTBİQİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASINDA MÜHÜM ROL OYNAYIR

TƏKRAR ƏKİNİN TƏTBİQİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASINDA MÜHÜM ROL OYNAYIR
TƏKRAR ƏKİNİN TƏTBİQİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASINDA MÜHÜM ROL OYNAYIR
TƏKRAR ƏKİNİN TƏTBİQİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASINDA MÜHÜM ROL OYNAYIR
TƏKRAR ƏKİNİN TƏTBİQİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ ARTIRILMASINDA MÜHÜM ROL OYNAYIR