DAĞLIQ VƏ DAĞƏTƏYİ BÖLGƏLƏRDƏ TOXUMLUQ SAHƏLƏRDƏ TAXIL SƏPİNİNƏ BAŞLANILIB

Böyütmək | Kiçiltmək |

 

Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin təlabatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir. Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli və vaxtında səpin aparmaqla   sağlam və kütləvi cücərtilərin alınması gələcək məhsulun əsası deməkdir.

Bununla əlaqədar olaraq dağlıq və dağətəyi bölgələrdə fermerlərin elit və reproduksiyalı toxuma olan təlabatının vaxtında ödənilməsi səpinin optimal müddətdə həyata kecirilməsinə zəmin  yaradıb. Artıq sentyabr ayının 18-dən daglıq bölgələrdə toxumluq sahələrdə taxıl səpininə başlanılıb. Dağlıq  dəmyə şəraitində payızlıq taxılların səpini sentyabr ayının 20-dən oktyabr ayının 10-dək olan müddətdə başa catmalıdır.

Respublikanın az yağmurlu quraq dəmyə bölgəsində payızlıq taxılların məhsuldarlıgına təsir edən əsas amillərdən biri yağmurların az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yagmurları başlayana qədər başa catdırılmalıdır.

DAĞLIQ VƏ DAĞƏTƏYİ BÖLGƏLƏRDƏ TOXUMLUQ SAHƏLƏRDƏ TAXIL SƏPİNİNƏ BAŞLANILIB
DAĞLIQ VƏ DAĞƏTƏYİ BÖLGƏLƏRDƏ TOXUMLUQ SAHƏLƏRDƏ TAXIL SƏPİNİNƏ BAŞLANILIB