AZƏRBAYCANA 180 TON YÜKSƏK MƏHSULDARLIQLI ELİT TOXUM GƏTİRİLİB

Böyütmək | Kiçiltmək |

 

Dövlət Toxum Fondu tərəfindən ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək reproduksiyalı buğda toxumuna olan ehtiyaclarının müəyyən olunması məqsədi ilə təsərrüfat subyektlərinə əkin üçün tələb olunan toxum barədə sorğular göndərilib.

Göndərilən sorğuların cavablarına əsasən, məhsul istehsalçıların Elit “Qrom” və Elit “Krasnodar 99” buğda sortlarına yüksək tələbatlarının olduğu müəyyən olunub.  

Dövlət Toxum Fondu tərəfindən həmin tələbatların ödənilməsi məqsədilə, Stavropol vilayətindən 180 ton yüksək məhsuldarlıqlı Elit “Qrom” və Elit “Krasnodar 99” payızlıq yumşaq buğda toxumları gətirilib. Gətirilmış məhsul Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və Şəki şəhərində yerləşən anbara boşaldılıb.

Toxumları əldə etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.