TOXUMÇULUQ TƏSƏRRÜFATLARINDA MONİTORİNQLƏR DAVAM ETDİRİLİR

Böyütmək | Kiçiltmək |

 

2018-ci ildə toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya çatdırılmış dənli-taxıl (bugda,arpa) bitkilərinin  toxumların dağlıq ,dağətəyi,  və aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazırlanmış  toxumlara növbəti  baxış keçirilib.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət  9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq  təsərrüfatlarında  monitorinq həyata keçirib. Dövlət Xidmətinin rəhbərliyi  tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak edən bütün mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və tövsiyyələr  verilib.

Monitorinqə cəlb olunmuş mütəxəssislər Şəki (Şəki, Qəbələ,Oguz, Qax, Zaqatala) və Salyan (Biləsuvar, Cəlilabad, Neftcala, Masallı, Salyan) Reğional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin əhatə etdiyi rayonlarda toxumcu fermerlərin iştirakı ilə  toxumculuq təsərrüfatlarına toxumun anbarda saxlanılmasına, qablaşdırımasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış kecirilib. Baxış zamanı Şəki və Salyan RTSM üzrə (52 təsərrüfatda) 11 min  tondan artıq təmizlənmiş toxum qeydiyyata alınmışdır . Qeydiyyat alınmış toxum partiyalarından  müvafiq  RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar, həmin RTSM-ri tərəfindən sertifikatlaşdırılır. Diğər bölğələrdə monitorinqlər davam etdirilir.

TOXUMÇULUQ  TƏSƏRRÜFATLARINDA MONİTORİNQLƏR DAVAM ETDİRİLİR
TOXUMÇULUQ  TƏSƏRRÜFATLARINDA MONİTORİNQLƏR DAVAM ETDİRİLİR
TOXUMÇULUQ  TƏSƏRRÜFATLARINDA MONİTORİNQLƏR DAVAM ETDİRİLİR