BİTKİ SORTLARININ QEYDİYYATI VƏ TOXUM NƏZARƏTİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN RƏİSİ BÖLGƏLƏRDƏ TOXUMÇULUQ TƏSƏRRÜFATLARINDA OLUB

Böyütmək | Kiçiltmək |

 

Kənd  Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəisi  İmran Cümşüdov  Qəbələ, Ogüz,  Şəki, Qax, Zaqatala, Agdaş, Ğöyçay rayonlarında toxumculuq təsərrüfatlarında olub və toxum istehsalcıları ilə görüşüb.            

İmran Cümşüdov toxumculuq  təsərrüfatlarında  istehsal olunmuş toxumun anbarda saxlanılmasına, təmizliyinə, qablaşdırılmasına, və etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış kecirib. Görüşdə İmran Cümşüdov taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. İ.Cümşüdov daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyulduğunu nəzərə catdırıb.

Xidmət rəisi bildirib ki, bəzi toxumçuluq təsərrüfatları  toxumların mövcuq qaydalara uygun təmizlənməsinə, kondisiyaya catdırılmasına tam  əməl etmirlər və bu da  son  nəticədə istehsalçı fermerlərin yüksək və keyfiyyətli məhsul əldə etməsinə mənfi təsir göstərir. Görüşdə İmran Cümçüdov qeydiyyata alınmış toxum partiyalarından nümunələrin vaxtında götürülməsi, keyfiyyət analizlərinin aparılması, şəffaflığın təmin olunması, toxumçuluqda yeni, innovativ texnoloğiyaların tətbiqi, toxumçuluq sisteminin yenidən qurulması ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat verərək müvafiq məsləhət və tövsiyələrini verib.

Səfər cərcivəsində Göyçay Sort-sınaq məntəqəsində aparılan müxtəlif bitkilərin sort –sınaq işlərinin nəticələri ilə tanış olunub, mövcud catışmazlıqların qısa vaxtda aradan qaldırılması ücün tapşırıqlar verilib.

BİTKİ SORTLARININ QEYDİYYATI VƏ TOXUM NƏZARƏTİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN RƏİSİ  BÖLGƏLƏRDƏ TOXUMÇULUQ TƏSƏRRÜFATLARINDA OLUB

BİTKİ SORTLARININ QEYDİYYATI VƏ TOXUM NƏZARƏTİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN RƏİSİ  BÖLGƏLƏRDƏ TOXUMÇULUQ TƏSƏRRÜFATLARINDA OLUB