DÖVLƏT BAYTARLIQ XİDMƏTİNDƏ SEMİNAR-MƏŞĞƏLƏ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

Oktyabrın 3-5-i tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində “Baytarlıq sahəsində qanunvericiliyə və maarifləndirmə tədbirləri”nə həsr olunmuş seminar-məşğələ keçirilib. Üç gün davam edən seminar-məşğələdə rayon (şəhər) baytarlıq idarələrinin rəis müavinləri-epizootik baytar həkimləri iştirak ediblər.

Keçirilən tədbirdə son dövrlər “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununda və buna müvafiq olaraq digər aktlarda edilmiş dəyişikliklərlə bağlı məlumatlar verilib, baytarlıq xidmətinin həyata keçirilməsi ilə bağlı vəzifələr ətraflı izah edilib, aylıq, rüblük, 6 aylıq və illik hesabatların hazırlanması ilə bağlı müzakirələr aparılıb.    

Seminar-məşğələdə lizinqə verilmiş cins damazlıq heyvanların inventarizasiyasının aparılması ilə bağlı lazımi məsləhətlər verilib. Təsərrüfatlarda mövcud olan və lizinq yolu ilə alınmış cins damazlıq heyvanlar və onlardan alınan balalar, o cümlədən damazlığa yararlı düyələr haqqında məlumatların toplanaraq Dövlət Baytarlıq Xidmətinə göndərilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin seminarda rayon (şəhər) baytarlıq idarələrindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına göndərilən patoloji material nümunələrinin göndərilməsi və məlumatların vaxtında "Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi"nə (YXEMS) salınma proseduraları, 2019-cu il üçün heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planının nəzarət rəqəmlərinin hazırlanması, aparılmış tədbirlərin hesabatı və dərman qalıqları barədə hər ayın axırında məlumatların çatdırılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

DÖVLƏT BAYTARLIQ XİDMƏTİNDƏ SEMİNAR-MƏŞĞƏLƏ KEÇİRİLİB
DÖVLƏT BAYTARLIQ XİDMƏTİNDƏ SEMİNAR-MƏŞĞƏLƏ KEÇİRİLİB