AVROPALI TƏHSİL EKSPERTLƏRİ ADAU-DA OLUB

Böyütmək | Kiçiltmək |

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Fransa, Litva, Latviya və Azərbaycanın birgə tərəfdaşlığı ilə həyata keçirilən "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək" adlı Tvinninq layihəsi çərçivəsində Gəncə şəhərinə səfər edən ekspert missiyasının üzvləri-Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi Saule Macikuate Zviniene, Latviyalı ekspert Jolanta Silka, Fransanın Liyon Universitetinin professoru Didier Ronze, layihənin rezident koordinatoru Liza Baydanova, Təhsil Nazirliyinin baş məsləhətçisi Yaşar Ömərov Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları təhsil müəssisəsinin auditoriyaları, laboratoriyaları, yardımçı təsərrüfatı, tələbə evləri ilə  tanış edib, layihə çərçivəsində əməkdaşlıq imkanları barədə  müzakirə aparılıb.