LƏNKƏRANDA SİTRUS MEYVƏÇİLİYİNİN VƏ ÇAYÇILIĞIN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMLARININ İCRASI İLƏ ƏLAQƏDAR MÖVCUD VƏZİYYƏT VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

Lənkəranda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair dövlət proqramlarının icrası ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin cənub bölgəsindən bu sahə ilə məşğul olan 100-ə yaxın fermer iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov deyib ki, sitrus meyvəçiliyi və çayçılıq cənub bölgəsində iqtisadiyyatın əsasını təşkil edən ənənəvi sahələrindən biri olub. İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu sahələrin inkişafını nəzərdə tutan Dövlət Proqramları qəbul edilib. Dövlət Proqramlarının qəbul edilməsindən sonra bu sahələrin inkişafında ciddi şəkildə dönüş yaranıb.  

Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı qarşımıza çox mühüm tapşırıqlar qoyulub. Resurslardan səmərəli istifadə  və innovativ texnologiyaların geniş tətbiqi ilə bu sahədə məhsuldarlıq daha da artırılmalıdır. Aqrar siyasətin əsasını ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu sahədə məşğulluğun genişlənməsi və ixracın artırılması təşkil edir. Bildiyiniz kimi, sitrus meyvəçiliyi və çayçılıq aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır. Sitrus meyvəçiliyi və çayçılıq ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahələrdəndir. Sitrus meyvəçiliyinin və çayçılığın inkişafı bu məqsədlərə nail olmağa imkan verir. Həm sitrus meyvəçiliyinin, həm də çayçılığın inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramlarında konkret hədəflər müəyyən edilib. Proqramların əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bu hədəflərə çatmaq üçün konkret tədbirlər həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edir”.

Daha sonra  Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Azərbaycanda sitrus meyvə bağlarının, çayçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr”  mövzularında məruzə ilə çıxış edib. Lənkəran rayonundan fermer Azər Qurbanov, Astara rayonundan Ağaşirin Ağayev sitrus meyvəçiliyinin, Lənkəran rayonundan fermer İlkin Əzimov, Astara rayonundan Nizami Rəsulov çayçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirədə gübrə, dərmanlarla təminat, sitrus meyvəçiliyi və çayçılığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə bu sahələrin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.