AQRAR MƏŞVƏRƏT ŞURASININ ÜZVLƏRİ VƏ “QAZPROMBANK” ASC-NİN NÜMAYƏNDƏ HEYƏTİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

Aqrar Məşvərət Şurasının üzvləri və Azərbaycanda işgüzar səfərdə olan “Qazprombank” ASC-nin nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Azərbaycan tərəfdən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, hər iki nazirlikdən rəhbər şəxslər, Aqrar Məşvərət Şurasının üzvləri və “Qazprombank” ASC-nin İdarə Heyəti sədrinin müavini Aleksey Belous, bankın məsul şəxsləri iştirak edib.

Qonaqlara Azərbaycanda iqtisadi sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub.  Qeyd olunub ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edib.

“Qazprombank” ASC-nin İdarə Heyəti sədrinin müavini Aleksey Belous isə bankın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə iştirak edən “Qazprombank” ASC-nin nümayəndələri təmsil etdikləri qurum və onun investisiya siyasəti ilə bağlı təqdimatla çıxış ediblər.

Bildirilib ki, bank xarici əlaqələrini daim inkişaf etdirir, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışır. “Qazprombank”ın təmsilçiləri maliyyə qurumunun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd ediblər.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.