SALYANDA VƏ NEFTÇALADA TAXIL BİÇİNİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ GÖRÜŞLƏR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

“Aqrolizinq” ASC cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün fermer, mexanizator və kənd sakinlərinin maarifləndirilməsi ilə bağlı regionlarda görüşləri davam etdirir.

“Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov bu dəfə Salyanın Qızılağac və Neftçalanın Boyat kəndində taxıl sahələrində fermerlər və kənd sakinləri ilə görüşüb. Görüşün keçirilməsində əsas məqsəd taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsinə nail olmaqdır. Həmçinin, fermer və kənd sakinləri ilə daha yaxın ünsiyyətin qurulması, onların problem və şikayətlərinin yerindəcə aradan qaldırılması və ya həlli istiqamətində tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin aparılması da görüşün əsas məqsədlərindəndir.

Görüş zamanı Elmin Rəhmanov fermer və kənd sakinlərinin səsləndirdikləri problem və şikayətləri dinləyib, onların həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib və biçini həyata keçirən mezanizatorlara lazımi tövsiyə və tapşırıqlarını verib. Bu taxıl biçini mövsümündə həyata keçiriləcək tədbirlər barəsində sakinlərə ətraflı məlumat verilib.

Qeyd edək ki, regionlarda taxıl biçininə hazırlıqla bağlı görüşlər davam etdirilir. Biçin prosesinin sonuna qədər mütamadi olaraq belə görüşlər keçiriləcək.