BU HƏFTƏ 22 RAYONDA 469 FERMER TƏLİMLƏRƏ CƏLB OLUNUB

Böyütmək | Kiçiltmək |

 

Bu ilin yanvar-iyun ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikanın 60 rayonunda 877 təlim keçirilib. Təlimlərdə 16650 nəfər fermer və məhsul istehsalçısı iştirak ediblər.

Bu həftə ərzində həftə ərzində respublikanın 22 müxtəlif rayonunda 34 təlim keçirilib. Təlimlərə ümümilikdə 469 nəfər fermer və məhsul istehsalçısı cəlb olunub. Təlimlər Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Kürdəmir və Salyan Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin, Aqrar Xidmətlər Agentliyinin və Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəssisləri tərəfindən keçirilib. Təlimlərdən 29-u təsdiqlənmiş qrafik üzrə baş tutub, 5 təlim isə növbədənkənar keçirilib.