QOBUSTAN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA TƏLİM SEMİNARI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim seminarı keçirilib.

Təlimi Qobustan BTS-nin direktoru Atabəy Cahangirov keçirib. Tədbirdə Qobustan rayonunda əkinçiliklə məşğul olan 30 nəfər fermer iştirak edib. Təlim zamanı iştirakçılara dənli  və  dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işləri, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar göstərilən aqrotexniki qulluqlar barədə məlumatlar verilib.

Bundan başqa, müxtəlif ekoloji mənşəli və yerli buğda sortlarına, eləcə də stansiyanın sahəsində çıxarılmış qara herik şumuna baxış keçirilərək herikdən sonra görüləcək işlər haqqında müzakirələr aparılıb.

Təlim zamanı fermerlərin sualları ətraflı cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.  

QOBUSTAN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA TƏLİM SEMİNARI KEÇİRİLİB
QOBUSTAN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA TƏLİM SEMİNARI KEÇİRİLİB