Aqrar Süni İntellekt layihəsinin Sİ və rəqəmsal həlləri üç kanal vasitəsilə istifadəyə verilir. Bu səhifədə hər kanalda hansı həllərin istismarda olduğu və kanala necə keçid etmək mümkün olduğu göstərilir.
“Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) Sİ və rəqəmsal həllərinin nəticələri xəritələr, reytinqlər və xəbərdarlıqlar şəklində göstərilir.
EKTİS-də Nazirlik əməkdaşları və DAİM-lər üçün operator kabineti, fermerlər üçün isə fermer kabineti nəzərdə tutulub.
Fermer kabinetində 5 Sİ və rəqəmsal həlli istismardadır.
Bitkinin inkişaf fazaları üzrə risk xəritəsi və fermer reytinqləri birbaşa fermerin telefonunda göstərilir.
Tətbiq fermerlər və fermer təsərrüfatları üçün nəzərdə tutulub.
Tətbiq Android cihazlarda işləyir.
«KTN ASİ» Telegram botu fermerlərə dərmanlama vaxtı, xəstəlik riski və suvarma ehtiyacı barədə bildirişlər göndərir.
Bot fermerlər üçün nəzərdə tutulub. Qeydiyyat üçün yalnız Telegram hesabı tələb olunur.