Mayın 6-da Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsi olan əyani seçim mərhələsi – Qabiliyyət imtahanı keçirilib. İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda növbəli şəkildə saat 10:00 və 15:30-da aparılıb.
“Üfüq” Karyera İnkişaf Proqramının üçüncü turu olan Qabiliyyət imtahanında 1124 namizəd iştirak edib.
İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla 3 test üzrə aparılıb. İmtahana ümumilikdə 4 saat vaxt ayrılıb.
İmtahanın nəticələri 5-7 iş günü ərzində “Üfüq” Karyera İnkişaf Proqramının səhifəsində iştirakçılara hesabat şəklində göndəriləcək.
İmtahandan uğurla keçən namizədlər proqramın final mərhələsinə keçəcəklər.
Qeyd edək ki, “Üfüq” Karyera İnkişaf Proqramının əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera inkişafına şərait yaratmaqdır.
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən aqrar sektorun problemləri üzrə AQEM konfransı keçirilib
07 Noyabr 2025
Saatlıda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
06 Noyabr 2025
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağstafada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Noyabr 2025
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
06 Noyabr 2025
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
05 Noyabr 2025