Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirakçı universitetlərin nümayəndələri üçün silsilə infoturlar təşkil olunub.
İnfoturların əsas məqsədi tələbələrin və gənc mütəxəssislərin real istehsalat prosesi ilə tanışlığını təmin etmək, aqrar sahədə müasir texnologiyalar və süni intellektin tətbiqi üzrə biliklərini genişləndirməkdir.
İnfoturlarda layihədə iştirak edən 10-a yaxın ali təhsil müəssisəsinin nümayəndələri və 2 Akselerasiya Mərkəzinin təmsilçiləri iştirak edib. Gəncə şəhəri və Göygöl rayonunda keçirilən infoturlar zamanı müxtəlif istiqamətlər üzrə maarifləndirici tədbirlər və təcrübə mübadilələri həyata keçirilib.
30 may tarixində iştirakçılar Gəncə Avtomobil Zavoduna səfər edərək müəssisənin istehsal sahəsi, logistik imkanları və aqrar sektorda istifadə olunan texnikaların hazırlanma prosesi ilə yaxından tanış olublar. Eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetində universitet rəhbərliyi ilə rəsmi görüş keçirilib. Görüşdən sonra iştirakçılar universitetin tədris korpusları, elmi-tədqiqat laboratoriyaları və aqrar təhsil tarixini əks etdirən muzeylə tanış olublar.
31 may tarixində layihə iştirakçıları Süni Mayalanma Mərkəzinə səfər edib. Burada Mərkəzin fəaliyyət istiqamətləri, heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti və tətbiq texnologiyaları barədə ətraflı məlumat əldə ediblər.
Daha sonra layihə iştirakçıları Göygöl rayonunda keçirilən “Suveren və yaşıl dünyanın gələcək innovativ qurucuları” adlı forumda iştirak ediblər. Tədbir çərçivəsində layihə üzrə hazırlanmış startap məhsullarının sərgisi nümayiş etdirilib, innovativ yanaşmalarla hazırlanan layihələr iştirakçılar və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Aqrar Biznes Festivallarına dəstək verən tərəfdaş qurumların sayı artır
19 Yanvar 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
19 Yanvar 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026