Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şabran və Quba rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən taxıl və meyvə bağlarında baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin sahələrinin və kənd təsərrüfatı heyvanlarının sığortalanması, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və digər məsələlərlə bağlı olub. Eləcə də fermerlər arıçılıq təsərrüfatlarının sığortalanması ilə bağlı təkliflər veriblər.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Fuad Sadıqov fermerlərə aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verib.
Qəbuldan sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabran rayonunun Dəvəçi kəndindəki ərik və nektarin bağlarına baş çəkib və fermerlərlə söhbət edib. Fond rəhbəri təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.
Operativ məlumat: EKTİS-də 600 min hektara yaxın sahə üzrə payızlıq əkinlər bəyan edilib
08 Dekabr 2025
Operativ məlumat: Pambıq yığımında rekord göstəricilər əldə olunur
08 Dekabr 2025
Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir - FƏRMAN
08 Dekabr 2025
Operativ məlumat: Dekabrın 5-dək 197 306 fermer payızlıq əkinlərini EKTİS-də bəyan edib
05 Dekabr 2025
Neftçala rayonunda 90-cı Aqrar Biznes Festivalı və “I Balıq” Festivalı keçirilib
05 Dekabr 2025