Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Laçında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Səfər çərçivəsində nazir əvvəlcə Laçın rayonunun yaylaqlarına köç etmiş heyvandarlıq təsərrüfatlarına, Minkənd kəndində yerləşən əkin sahələrinə, Sus, Bəylik və Zabux kəndlərində məskunlaşmış əhali üçün seçilmiş ferma yerlərinə baxış keçirib. Daha sonra nümayəndə heyəti “Zerti” Agro-Sənaye Parkında yerləşən heyvandarlığın inkişafı üçün seleksiya mərkəzi, orqanik istixanalara baş çəkib, “Həkəri Balıq Təsərrüfatı”nın fəaliyyəti ilə tanış olublar.
Fermer və sahibkarlarla görüşdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların tətbiqi, müasir əkinçilik texnologiyalarına keçid, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı, dövlət dəstəyi mexanizmlərinin ölkədə əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib.
Görüş zamanı heyvandarlığın inkişafı məqsədilə aqrar sənaye kompleksləri və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
AKİA sədri Yalçın Camalov Tovuzda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Fevral 2026
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə müraciət edib
06 Fevral 2026
Ölkə üzrə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb
04 Fevral 2026
Nazir Məcnun Məmmədov Türkiyənin Alagöz Holdinq Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Cantürk Alagözlə görüşüb
04 Fevral 2026
2025-ci ildə Azərbaycanda 400 min hektara yaxın əkin sahəsi sığortalanıb
04 Fevral 2026