• Ana səhifə
  • Xəbərlər
  • Ağcabədi və Şəkidə fermerlər üçün payızlıq əkinlərə hazırlıq işləri ilə bağlı seminarlar keçirilib
Ağcabədi və Şəkidə fermerlər üçün payızlıq əkinlərə hazırlıq işləri ilə bağlı seminarlar keçirilib

Dövlət Toxum Fondu Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə respublikanın müxtəlif bölgələrində payızlıq əkin mövsümünə hazırlıq məqsədilə fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarlar keçirilib.

Növbəti təlim-seminar Ağcabədi və Şəki rayonlarında davam etdirilib.

Ağcabədi Toxum Emalı zavodunda təşkil olunan təlimdə Dövlət Toxum Fondunun mütəxəssisləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri, bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri iştirak ediblər.

Qeyd olunub ki, təlimi müxtəlif bölgələrdə təşkil etməkdə əsas məqsəd səpini vaxtında və keyfiyyətli formada həyata keçirmək, sortları bölgənin iqlim şəraitinə uyğun olaraq seçmək, sertifikatlı toxumdan istifadə etmək, yeni sortların tətbiqi ilə mütəxəssis tövsiyələri ilə təmin etmək və bu sahədə yeni elmi naliyyətlərlə bağlı məlumatlar verməkdən ibarətdir.

Seminarda iştirakçılara payızlıq taxıl səpinində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılmasının qaydaları barədə ətraflı məlumatlar verilib. Təlimdə iştirak edən fermerlərə bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılması üçün ən son elmi naliyyətlər barədə təqdimatlar olub. Eyni zamanda bölgənin torpaq-iqlim şəraitinə uyğun, yüksək məhsuldar və keyfiyyətli buğda və arpa sortlarının bioloji xüsusiyyətləri, səpinin optimal müddəti, səpin normaları, gübrə normaları haqqında fermərlərə ətraflı məlumatlar verilib.

Şəki rayonunda keçirilən seminarda iştirakçılara Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Dayaq Məntəqəsinin ərazisində torpaqların səpinə hazırlanma texnologiyası, effektiv gübrələmə və əkinin aparılması prosesi əyani nümayiş etdirilib. Yeni səpin texnologiyası ilə bağlı fermerləri maraqlandıran suallar cavablandırılıb.

Seminarların sonunda qarışılıqlı müzakirələr aparılıb, maarifləndirici kitabçalar paylanılıb.