• Ana səhifə
  • Xəbərlər
  • Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimlərinə sənəd qəbulunun müddəti uzadılıb
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimlərinə sənəd qəbulunun müddəti uzadılıb

Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün keçiriləcək təlimlərə sənəd qəbulunun vaxtı iyun ayının 3-dək uzadılıb. Fonddan verilən məlumata görə əsas məqsəd təlimlərə daha çox namizədin qatılmasına nail olmaqdır.

2023-cü ilin iyun ayının 12-də başlayacaq təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında keçiriləcək.

Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:

Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

İmtahanda aşağıdakı ixtisaslar üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər (müvafiq sahə üzrə 5 illik iş təcrübəsinə malik olduqda) iştirak edə bilərlər:

1-ci sertifikat növü üzrə

      peşə təhsili üzrə ixtisaslar - üzüm ustası, tərəvəz ustası, meyvə-tərəvəz ustası, bitki mühafizəsi ustası, tütün ustası, maya göbələyi yetişdirən usta, gülbecərən usta, çaybecərən usta, efir yağlı bitkilər mütəxəssisi, çəltikçi, pambıqçı, baramaçı, bağban, yaşıl təsərrüfatı fəhləsi

    orta ixtisas təhsili üzrə ixtisaslar -  şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası, taxıl və taxıl məhsullarının texnologiyası, aqrar (fermer) təsərrüfatının təşkili, aqronomluq, aqroturizm, bağçılıq və tərəvəzçilik, hidromeliorasiya və torpaq mühafizəsi, istixana təsərrüfatı, meşə və park, pambıqçılıq, ipəkçilik

    ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar - biologiya, biotexnologiya, aqromühəndislik, aqronomluq, bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, coğrafiya, ekologiya, geologiya, qida mühəndisliyi

    ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar - biologiya, coğrafiya, hidrometeorologiya, geologiya, ekologiya, qida məhsulları mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, yer quruluşu, torpaq və şəhər kadastrı, aqromühəndislik, meşəçilik

2-ci sertifikat növü üzrə 

     peşə təhsili üzrə ixtisaslar -  heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru, heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru, heyvanlarda süni mayalanma üzrə texnik, mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərin mexanizatoru və elektrik montyoru, maşınla sağım operatoru, quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru, arıçı

       orta ixtisas təhsili üzrə ixtisaslar -  süd və süd məhsullarının texnologiyası, baytarlıq, zootexniklik

    ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar  -   baytarlıq təbabəti, zoomühəndislik

    ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar -    zootexniklik, baytarlıq

3-cü sertifikat növü üzrə

      orta ixtisas təhsili üzrə ixtisaslar - su bioehtiyatları və akvakultura, balıq və balıq məhsullarının texnologiyası

    ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar - balıqçılıq, su bioehtiyatları və akvakultura, biologiya

    ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar - balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkiləri, biologiya

Qeyd edək ki, Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur. Bu siyahıda qeyd edilmiş ixtisaslara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda həmin ixtisaslara aid bütün ixtisaslaşmalar daxildir.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:

1) şəxsiyyətini təsdiq edən sənədin surəti;

2) yuxarıda qeyd edilmiş ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin surəti;

3) peşə təhsilinə malik olan namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;

4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;

5) ödəniş edilməsini təsdiq edən sənəd.

Təlimdə iştirak ödənişlidir və təlimdə iştirak haqqı 20,00 AZN təşkil edir. Namizədlər aşağıdakı bank rekvizitləri vasitəsilə təlimdə iştirak üçün tələb olunan pul vəsaitini ödəyə bilərlər:

Benefisiarın adı: AQRAR SIĞORTA FONDU

Hesab: Nömrəsi: AZ58AIIB38060019440801826103

VÖEN: 2006034771

Bankın adı: Kapital Bank АSC Yasamal Filialı

BANKIN VÖENİ: 9900003611

KOD: 200037

M/Hesab: AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2X

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün 104 saat (ən azı 16 saatı təsərrüfat sahələrində praktiki təcrübə), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün 40 saat (ən azı 4 saatı təsərrüfat sahələrində praktiki təcrübə), akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün isə 20 saat (ən azı 2 saatı təsərrüfat sahələrində praktiki təcrübə) olmaqla təlim təşkil edilir. Namizədlər təlim materialları ilə Aqrar Sığorta Fondu tərəfindən təmin edir.

Təlimdə iştirak etmək mütləqdir və təlimi müvəffəqiyyətlə başa vurmayan şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan aqrar sığorta fəaliyyəti üzrə müstəqil eskpert imtahanlarına buraxılmayacaqdır. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və təqdim edilmiş sənədlər namizədlərin aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarına cəlb olunması üçün Aqrar Sığorta Fondu tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir. 

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.