Aqrar sığortaya həsr olunmuş onlayn beynəlxalq konfrans keçrilib

Dünyanın aqrar sığorta sahəsində ixtisaslaşmış məşhur “Agro insurence” resursunun təşkilatçılığı ilə dünyada aqrar sığortanın inkişafı və yeni meyllərə həsr edilmiş onlayn konfrans keçirilib. Konfransın məqsədi Avropa və Asiyanın aqrar sığorta bazarlarının iştiarkçıları arasında dialoqu fəallaşdırmaq, aqrar sığorta sahəsində, o cümlədlən inkişaf edən bazarlarla bağlı aktual məsələlərin müzakirəsidir.

Azərbaycanda yeni fəaliyyətə başlayan Aqrar Sığorta Fondu da ilk dəfə olaraq bu beynəlxalq tədbirə dəvət edilib. Konfransda Azərbaycanı Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov təmsil edib.

Firdovsi Ağaşirinov tədbirdə “Azərbaycanda aqrar sığortanın inkişafı: İmkanlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkədə aqrar sığortanın tətbiqi, sığorta şərtləri, prinsipləri, əhatə etdiyi risklər, predmetlər və gözlənilən dəyişikliklər barədə geniş məlumat verilib.

Konfransda Avropa və Asiyanın aqrar sığorta bazarları təhlil edilib, inkişaf etməkdə olan bazarlardakı imkanlar və problemlər açıqlanıb. Tədbirdə sığorta bazarının bütün seqmentləri – sığorta və təkrar sığorta şirkətləri, sğorta vasitəçiləri, brokerlər, eləcə də müxtəlif ölkələrin hökumət və rəsmi qurumlarının nümayəndələri iştirak edib. Onlayn konfransa maraqlı tərəflər qismində banklar və lizinq şirkətləri və fermerlər üçün avadanlıq istehsal edən şirkətlərin təmsilçiləri də qatılıb.

Tədbir iştirakçıları arsında “Munich Re” (Almaniya), “Alliance Se” (Almaniya), “Polish Re” (Polşa), “Q-Re” (Qətər-İsveçrə), “Swiss Re” (İsveçrə), “Hannover Re” (Almaniya), “AXA XL” (İsveçrə), “Liberty Mutual Re” (Fransa), “Deutsche Ruckversicherung AG” (Almaniya) kimi iri təkrar sığorta şirkətləri, eləcə də “Aldaqi” (Gürcüstan), “TUW TUW” (Polşa), “Ubezpieczenia Pocztowe” (Polşa), “TUZ Ubezpieczenia” (Polşa), “İNQO” (Ukraina), “Vereinigte Hagelversicherung” (Almaniya), “Österreichische Hagelversicherung” (Almaniya), “Schweizer Hagel” (İsveçrə) sığorta şirkətləri, Almaniya, Gürcüstan, Rusiya, Avstraliya və sair ölkələrin sığorta vasitəçiləri qatılıb.

Toplantıda Gürcüstanın Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf Agentiliyi (ARDA), Aqrar sığorta məqsədləri ilə Yerin müşahidəsi təşkilatı (EO4I: GeoVille, Vito, CGI) (Avstriya-Belçika-Niderland, İtaliya), Türkiyə, Avstraliya və Yunanıstanın nümayəndələri də qatılıb.

Onlayn konfransda iqlim dəyişikliklərinin kənd təsərrüfatı istehsalına təsiri, aqrar sahənin ehtiycaları baxımından iqlim müşahidələri, quraqlıq riski və ondan sığorta, indeks əsaslı aqrar sığorta, eləcə də aqrar sığorta sahəsində Hindistan, Filipin və Gürcüstan təcrübələri barədə təqdimatlar olub. 

Tədbirdə örüşlərin sığortası, aqrar sığortada itkilərin optimallaşdırılması və sahələrin monitorinqi üçün rəqəmsal alətlərdən istifadə, bu sahədə İsveçrə təcrübəsi ilə bağlı təqdimatlar olub.