Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən fiziki və hüquqi şəxslərə məxsus kənd təsərrüfatı texnikalarının dövlət texniki baxışının keçirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı Şamaxı, Ağsu, Göyçay və Qobustan rayonlarında növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatına alınmayan və sürücülük vəsiqəsi olmadan texnikaları idarə edənlər barədə inzibati protokollar tərtib olunub. Həmçinin, kənd təsərrüfati texnikalarının istismar qaydalarına riayət edilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması, məhsulun yığımı və daşınması vaxtı texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı texnika istifadəçiləri maarifləndirilib. Eyni zamanda texniki baxışdan keçməyən texnikalar texniki baxışa cəlb olunub, dövlət qeydiyyatına alınıb və etibarlıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 (iyirmi) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur.
Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərini yol hərəkəti qaydalarına riayət etməyə çagırır.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən bölgələrdə maarifləndirmə işləri həyata keçirilməklə monitorinqlər davam etdirilir.
Bu il azad olunmuş ərazilərdəki yaylaqlara 940 qoyunçuluq, 1101 arıçılıq təsərrüfatı köçürülüb
07 Iyul 2022
Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə APEPEA arasında əməkdaşlıq memorandumu imzalanıb
06 Iyul 2022
Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcək
06 Iyul 2022
Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb, sahələrdən 2163875 ton məhsul yığılıb
06 Iyul 2022
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 7-ci görüşü keçirilib
06 Iyul 2022