Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkələrin idarə olunmasının təkmilləşdirilməsi Proqramı” çərçivəsində cari ilin sentyabr ayında Gürcüstanda iki regional sessiya təşkil edilib. Sesiyalar “Qafqazda və Mərkəzi Asiyada Çəyirtkələrin İdarə edilməsi Sistemi (CCALM) və Avtomatlaşdırılmış Məlumat Toplama Sistemi (ASDC) daxil olmaqla Çəyirtkələrin monitorinqi və məlumatların idarə edilməsi” və “Çəyirtkələrə qarşı dərmanlamaların aparılması və pestisidlərin mənfi təsirinin azaldılması” mövzularında təlimçilərin hazırlanması üzrə təşkil edilib.
Tədbirdə Qafqaz ölkələrindən 24 nəfər mütəxəssis, o cümlədən Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri “Çəyirtkələrin biologiyası, ekologiyası və monitorinqi, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) və Qafqazda və Mərkəzi Asiyada çəyirtkələrin idarə edilməsi (CCALM) sistemi, “Çəyirtkələrə qarşı dərmanlamalarda pestisidlərin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC)”, “Çəyirtkələrlə mübarizədə yerüstü UKH çiləmələrin səmərəli tətbiqi və Mikroner çiləyicilərin üstün cəhətləri” mövzuları üzrə təqdimatlarla çıxış ediblər. Hər bir mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Təlim iştirakçılarına regional sessiyalarda çəyirtkələrin monitorinqi və məlumatların idarə edilməsi, dərmanlamaların aparılması və pestisidlərin mənfi təsirinin azaldılması və çiləyici texnikanın nizamlanması mövzuları üzrə geniş məlumat verilib. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
Hazırlanmış təlimçilər tərəfindən milli səviyyədə təlimçilərin hazırlanması məqsədi ilə çəyirtkələr yayılmış rayonların mütəxəssislərinin və fermerlərin iştirakı ilə təlimlərin təşkil olunması nəzərdə tutulur.
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Qax və Oğuzda fermer təsərrüfatlarına dəstək göstərilib
24 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib
22 Aprel 2024
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
22 Aprel 2024
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
22 Aprel 2024