Bu gün 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzi, “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkəti, “Azersun Holdinq” MMC arasında birgə əməkdaşlıqla bağlı memorandum imzalanıb. İmzalanma mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, AKP İstanbul millət vəkili Şamil Ayrım, “Azersun Holdinq”in prezidenti Abdulbari Gözal iştirak ediblər.
Memorandumu Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkətinin rəsmisi Sərdar Sapmaz və “Azersun Holdinq” MMC-nin kənd təsərrüfatı üzrə direktoru Məhəmməd Gözal imzalayıb.
Memoranduma əsasən, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi tərəfindən verilən icazə çərçivəsində Azərbaycandan olan mütəxəssislərə pilotsuz uçuş aparatlarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, əldə edilən razılaşmaya əsasən kənd təsərrüfatı nəzarət vasitələrinin istehsal lisenziyasına malik olan Türkiyə şirkəti sifariş əsasında pilotsuz uçuş aparatları ilə təchiz edəcək.
Əldə edilən razılaşmaya əsasən, türkiyəli mütəxəssislər tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bitki örtüyü indeksinin müəyyənləşdirilməsi, həmçinin çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini, eləcə də digər istiqamətlər üzrə nəzəri və praktik təlimlər keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Göyçayda vətəndaşları qəbul edəcək
19 Aprel 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov İmişlidə vətəndaşları qəbul edəcək
19 Aprel 2024
Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib
19 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Aprel 2024