“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin müxtəlif istiqamətlərinə dair informasiya və məsləhət xidmətləri göstərilir.
Fermerlər aqrar sahə ilə bağlı informasiya və məsləhət xidməti üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evləri, regional ASAN xidmət mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər.
“Bakı KOB evi”ndə sahibkarlara kənd təsərrüfatı texnikalarının, gübrə və pestesidlərin satışı, aqrotexniki xidmətlərin göstərilməsi, subsidiyaların verilməsi, güzəştli maliyyələşmə, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması proseduru və elektron portaldan istifadəyə dair informasiya və məsləhət xidmətləri təqdim olunur.
Sahibkarlar aqrar sahədə informasiya və məsləhət xidmətləri üçün həftəiçi 5 gün (saat 09.00-dan 18.00-dək) “Bakı KOB evi”nə müraciət edə bilərlər.
Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirilib
16 Mart 2023
Toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq
15 Mart 2023
Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
14 Mart 2023
“Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
11 Mart 2023
“Kənddən Şəhərə” Novruz yarmarkası 11-19 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcək
09 Mart 2023