Fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kartofçuluq sahəsində istifadə olunan toxum, kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib.
Yarmarkada Nazirliyin müvafiq qurumları, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsi, “Aqroservis” ASC, respublikanın müxtəlif bölgələrindən kartof toxumçuluğu ilə məşğul olan fiziki və hüquqi şəxslər, aqrokimyəvi maddələr və pestisidlərin satışı ilə məşğul olan müəssisələr, əsasən isə texnika satışı ilə məşğul olan şirkətlər, eləcə də fermerlər və torpaq mülkiyyətçiləri iştirak ediblər.
Tədbirdə sahənin inkişafı üçün lazım olan bütün texnikalar, gübrəsəpənlər, frezlər, dərmansəpənlər və digər avadanlıqlar, həmçinin kartofun müxtəlif sortları fermerlər üçün nümayiş olunub. Tərəvəzçilik Elmi-tədqiqat İnstitutu tərəfindən “in vitro” üsulu ilə əldə olunmuş kartof toxum materialları təqdim edilib.
Yarmarkanın keçirilməsində əsas məqsəd kartof sahələrində məhsulun kütləvi yığımının vaxtında və itkisiz aparılması üçün istehsalçılara lazım olan və mövcud yeni innovativ texnikalarla tanışlıq, ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılmasıdır.
Sərgi-satış yarmarkasında iştirak edən fermerlərə bu sahəyə dair yeni məlumatlar verilib və sahənin inkişafında istifadə olunan metodlar barəsində ətraflı maarifləndirmə aparılıb.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024
Aqrar Sığorta Fondunun sədri Göyçayda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
25 Aprel 2024
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb
25 Aprel 2024
“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov İmişlidə vətəndaşları qəbul edib
25 Aprel 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Qax və Oğuzda fermer təsərrüfatlarına dəstək göstərilib
24 Aprel 2024